Avropa adam axtarır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
11:18 | 29 may 2026 | Cümə
Məqaləyə 19 dəfə baxılıb
Şriftin ölçüsü
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Avropa Birliyi (AB) Rusiyaya qarşı yeni – 21-ci sanksiyalar paketinin hazırlanmasına başlayıb. Qərb mediasının məlumatına görə, yeni məhdudiyyətlərin iyunun sonu və ya iyulun əvvəlində təsdiqlənməsi gözlənilir.
VAXT.AZ “Politico”ya istinadən xəbər verir ki, avropalı diplomatların verdiyi məlumata görə, yeni paket əsasən Rusiyanın “kölgə donanması”, bank sektoru və maliyyə institutlarını hədəf alacaq.
Məlumata əsasən, sanksiyalar siyahısına Rusiyanın neft ixracında istifadə etdiyi tankerlər şəbəkəsi, maliyyə qurumları, hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlər və işğal olunmuş Ukrayna ərazilərindən çıxarılan taxılın satışında iştirak edən müəssisələr daxil edilə bilər.
Avropa Komissiyasının həmçinin əvvəllər bəzi ölkələrin etirazı səbəbindən qəbul edilməyən tədbirləri yenidən gündəmə gətirəcəyi bildirilir. Bunlar arasında Rusiya gəmilərinə dəniz xidmətlərinin göstərilməsinə qadağa və bəzi rusiyalı din xadimlərinə qarşı sanksiyalar da var.
AB-nin xarici siyasət rəhbəri Kaya Kallas daha əvvəl bildirmişdi ki, Rusiyaya təzyiq artırılmalıdır və yeni siyasi şərait əlavə sanksiyalar üçün imkan yaradır.
Yeni paket hazırda qüvvədə olan 20-ci sanksiya mərhələsinin davamı olacaq. Apreldə qəbul edilən həmin paket Rusiyanın enerji, maliyyə və kripto sektorlarını hədəf almışdı. Adıçəkilən məhdudiyyətlər çərçivəsində onlarla Rusiya bankı “SWIFT” analoqu maliyyə sistemlərindən təcrid edilmiş, kripto əməliyyatlarına yeni qadağalar tətbiq olunmuşdu.
Ekspertlər hesab edir ki, Brüsselin yeni addımı Moskvanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi alternativ maliyyə və logistika kanallarını bağlamağa yönəlib. Xüsusilə “kölgə donanması” vasitəsilə həyata keçirilən neft daşımalarının Avropa üçün əsas narahatlıq mövzularından biri olduğu vurğulanır.