Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
20:32 | 27 mart 2026 | Cümə
Məqaləyə 365 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Avropa Birliyi (AB) əsasən Çindən idxal olunan aşağı dəyərli milyardlarla məhsulun nəzarətə alınması üçün yeni və sərt tədbirlər paketi açıqlayıb. Yeni qaydalar xüsusilə Çin mənşəli onlayn satış platformalarına qarşı maliyyə sanksiyalarını və gömrük nəzarətinin gücləndirilməsini nəzərdə tutur.
Vaxt.az xəbər verir ki, AB dünən (martın 26-sı) 27 üzv dövləti əhatə edən blokun gömrük sisteminin köklü şəkildə yenilənəcəyini açıqlayıb. Yeni mexanizm, ilk növbədə Çin mənşəli elektron ticarət platformaları vasitəsilə AB bazarına daxil olan qanunsuz və ya təhlükəsizlik standartlarına cavab verməyən məhsulların qarşısını almağa yönəlib.
Onlayn platformalar artıq idxalçı sayılacaq
Yeni qaydalara əsasən, AB ərazisinə məhsul satan onlayn platformalar idxalçı statusu alacaq. Bu isə o deməkdir ki, həmin platformalar gömrük rüsumlarının ödənilməsinə və məhsulların təhlükəsizliyinə birbaşa məsuliyyət daşıyacaqlar.
AB qaydalarını bir neçə dəfə pozan şirkətlər son 12 ay ərzində AB bazarında həyata keçirdikləri ümumi satışların 1%-dən 6%-dək hissəsi həcmində cərimələrlə üzləşə bilərlər.
Hazırda AB aşağı dəyərli e-ticarət bağlamalarının idarə olunmasında ciddi çətinliklərlə qarşılaşır. 2025-ci ildə bu cür bağlamaların sayı 5,8 milyarda çatıb. Yeni sistem bu bağlamaların gömrük yoxlanışı və vergi yığımının daha koordinasiyalı şəkildə həyata keçirilməsini hədəfləyir.
Bu dəyişikliklərlə bağlı son detalları razılaşdırmaq üçün Avropa Parlamenti (AP) nümayəndələri ilə üzv dövlətlərin hökumətləri dünən axşama qədər davam edən danışıqlardan sonra müvəqqəti razılığa gəliblər.
150 avroluq güzəşt ləğv edilir
Hazırda AB-də dəyəri 150 avrodan aşağı olan bağlamalara gömrük rüsumu tətbiq olunmur. Məhz bu güzəşt Çin mərkəzli və məhsulları birbaşa istehlakçıya göndərən platformaların sürətlə böyüməsinə şərait yaradıb.
Bu platformalar arasında xüsusilə “Shein”, “Temu” və “AliExpress” kimi şirkətlər ön plana çıxır.
AB artıq bu güzəşti tam şəkildə ləğv etməyi planlaşdırır. Keçid dövrü tədbiri kimi iyul ayından etibarən hər bağlama üçün 3 avro məbləğində əməliyyat haqqı tətbiq edilməsi nəzərdə tutulur. Avropa Komissiyası əlavə olaraq 1 noyabr tarixindən qüvvəyə minəcək yeni daşıma rüsumunu da müəyyən edəcək.
Qəbul edilən qərara əsasən, Fransanın Lil şəhərində yeni AB Gömrük Agentliyi (EUCA) yaradılacaq.
Təxminən 250 nəfərlik heyətlə fəaliyyət göstərəcək qurum daxil olan mallar barədə daha mərkəzləşdirilmiş və rəqəmsal nəzarət sistemi yaradacaq yeni AB məlumat mərkəzinə rəhbərlik edəcək.
Bu məlumat mərkəzinin 2028-ci ildə e-ticarət göndərişləri üçün, 1 mart 2034-cü ildə isə bütün idxal mallarını əhatə edəcək şəkildə fəaliyyətə başlaması planlaşdırılır.
Gələn həftə AB rəqəmsal ticarət sahəsində problemləri müzakirə etmək və Çin ilə ədalətli rəqabəti təşviq etmək məqsədilə Pekin və Şanxay şəhərlərinə doqquz nəfərlik nümayəndə heyəti göndərəcək.
AB-nin Çindəki nümayəndəliyinin açıqlamasına görə, üç gün davam edəcək səfər çərçivəsində Avropa parlamentariləri Çinli deputatlar, bazar tənzimləyiciləri və “Shein”, “Alibaba” və “Temu” rəsmiləri ilə görüşəcəklər.
Bu səfər son səkkiz il ərzində həyata keçiriləcək ilk AB parlament nümayəndə heyəti səfəri olacaq və əsasən rəqəmsal tənzimləmə, istehlakçıların qorunması, məhsul təhlükəsizliyi qaydalarına uyğunluq, məhsulların böyük hissəsinin standartlara cavab verməməsi kimi mövzulara fokuslanacaq.
Məhsul təhlükəsizliyi ilə bağlı narahatlıqlar Avropa Komissiyasının bu ay yayımladığı araşdırma ilə daha da güclənib.
Araşdırmaya əsasən kosmetik vasitələr, qida əlavələri, velosiped dəbilqələri kimi fərdi qoruyucu vasitələr kimi məhsulların 60%-dən 65%-dək hissəsi AB təhlükəsizlik standartlarına cavab vermir.
Aıqlamada qeyd olunub ki, əsas narahatlıqlardan biri AB qanunlarının sistemli şəkildə pozulması və Çin də daxil olmaqla AB-dən kənar onlayn platformalardan göndərilən standartdan kənar kiçik bağlamaların yüksək həcmdə olmasıdır.