“Danışıqlar masasına qayıdın”
Trampdan İsrail və İrana çağırış
10:25 | 8 may 2026 | Cümə
Məqaləyə 182 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ Prezidenti Donald Tramp Avropa Birliyinə ticarət sazişi üzrə öhdəliklərini yerinə yetirməsi üçün 2026-cı il 4 iyul tarixinədək vaxt verib. Tramp bildirib ki, Brüssel razılaşmaya uyğun olaraq gömrük rüsumlarını sıfırlamazsa, tariflər dərhal daha yüksək səviyyəyə qaldırılacaq.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ prezidenti sosial şəbəkə hesabında yaydığı açıqlamada Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə məhsuldar görüş keçirdiyini bildirib.
Tramp qeyd edib ki, görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. O, İranın nüvə silahına sahib olmaması məsələsində tərəflərin tam razılığa gəldiyini vurğulayıb:
“Öz xalqını qətlə yetirən bir rejimin milyonlarla insanın ölümünə səbəb ola biləcək bombaya nəzarət etməsinə imkan verilə bilməz”, – deyə Tramp yazıb.
ABŞ Prezidenti daha sonra ötən il Şotlandiyanın Turnberi şəhərində imzalanmış ticarət sazişinə toxunaraq bildirib ki, Avropa Birliyi həmin razılaşma çərçivəsində ABŞ məhsullarına tətbiq edilən gömrük rüsumlarını sıfırlamağı öhdəsinə götürmüşdü.
“Ölkəmizin 250 illiyi – 4 iyul 2026-cı ilədək onlara vaxt verməyə razılaşdım. Əks halda, təəssüf ki, gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”, – Tramp vurğulayıb.
Xatırladaq ki, ABŞ ilə Avropa Birliyi arasında əldə olunan ticarət razılaşmasına əsasən, AB ölkələri ABŞ məhsullarına gömrük rüsumu tətbiq etməməli, Vaşinqton isə AB mənşəli məhsullara 15% tarif tətbiq etməli idi.
Tramp ötən həftə isə razılaşmanın şərtlərinə əməl olunmadığını əsas gətirərək, Avropa Birliyindən idxal edilən avtomobil və yük maşınlarına tətbiq olunan gömrük rüsumlarının 25%-ə yüksəldiləcəyini açıqlamışdı.