Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:20 | 8 may 2026 | Cümə
Məqaləyə 137 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ ordusu İranın cənubundakı Bəndər-Abbas və Keşm limanlarına hava hücumları həyata keçirib.
VAXT.AZ xəbər verir ki, bu barədə “Fox News” telekanalına danışan yüksəkvəzifəli amerikalı məmur məlumat verib.
Mənbənin sözlərinə görə, zərbələr dünən həyata keçirilib. Bununla yanaşı, Vaşinqton hücumların müharibənin yenidən başlaması və ya aprelin 7-də elan olunan atəşkəsin pozulması anlamına gəlmədiyini bildirir.
ABŞ rəsmisi isə bildirib ki, Vaşinqton hələ də Tehran rəhbərliyinin ABŞ-nin iki ölkə arasında gərginliyi azaltmağa yönəlmiş təklifinə cavabını gözləyir. Həmin təklifdə İranın nüvə proqramı ilə bağlı əsas mübahisəli məsələlərin isə hələlik açıq qaldığı vurğulanır.
Bu arada İran tərəfi hücumlara sərt reaksiya verib. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi bildirib ki, “düşmənin hər hansı səhvi əvvəlkindən daha sərt və dağıdıcı cavabla qarşılanacaq”.
İran mediası Bəndər-Abbas şəhərində partlayış səslərinin eşidildiyini, Hörmüzqan əyalətində yerləşən Keşm adasında isə İran və ABŞ silahlı qüvvələri arasında toqquşmaların baş verdiyini yazıb.
İran Silahlı Qüvvələrinin müharibə əməliyyatlarını koordinasiya edən “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari də ABŞ ordusunu atəşkəsi pozmaqda ittiham edib. Onun sözlərinə görə, ABŞ qüvvələri İran neft tankerinə zərbə endirib.
Eyni zamanda İran mediasında Tehranda hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi barədə məlumatlar yayılıb.
Digər tərəfdən, İranın “Tasnim” agentliyi Hörmüz boğazında İran Hərbi Dəniz Qüvvələrinin ABŞ-yə məxsus üç esminesə hücum etdiyini iddia edib. Məlumata görə, hücum raketlər və kamikadze dronlarla həyata keçirilib və ABŞ hərbi gəmilərinə ziyan dəyib. ABŞ tərəfi isə hələlik bu iddialara münasibət bildirməyib.