Heqsetdən Avropa ilə bağlı gözlənilməz addım
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
08:25 | 21 may 2026 | Cümə axşamı
Məqaləyə 13 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Şəkərli diabet və xərçəngdən əziyyət çəkənlərin müavinətinə vergi qoyulacaq
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Avropada aparılan yeni araşdırma supermarket şəbəkələrində satılan bəzi düyü, çay və ədviyyat məhsullarında istifadəsi qadağan edilmiş pestisid qalıqlarının aşkarlandığını üzə çıxarıb.
VAXT.AZ “DutchNews”a istinadən xəbər verir ki, Araşdırmanın təşkilatçısı “Foodwatch” ümumilikdə 64 müxtəlif məhsulu laboratoriya yoxlamasından keçirib.
Nəticələrə görə, məhsulların 49-da – “Ducros” üyüdülmüş acı və şirin bibərlər, “Le Thaï” düyü çeşidləri, “Albert Ménes” ədviyyatları, “Lipton” nanə yaşıl çayı və başqalarında qadağan olunmuş pestisid izləri aşkarlanıb, onlardan 45-də isə Avropa Birliyində istifadəsi qadağan olunmuş kənd təsərrüfatı kimyəviləri müəyyən edilib.
Yoxlamalar müxtəlif Avropa ölkələrində aparılıb. Tədqiq olunan məhsullar arasında qırmızı bibər tozu, acı bibər, zirə, çay və düyü növləri yer alıb.
Hesabatda qeyd olunur ki, bəzi məhsullar böyük supermarket şəbəkələrində satışda olub.
Aşkarlanan maddələr arasında arılar və digər tozlandırıcı həşəratlar üçün təhlükəli hesab edilən “clothianidin”, “thiamethoxam” və “imidacloprid” kimi Avropa Birliyində istifadəsi ekoloji risklər səbəbindən qadağan edilən kimyəvi maddələr də var.
“Foodwatch” yalnız pestisidlərin növünü deyil, həm də miqdarını araşdırıb.
Yoxlanılan 64 məhsuldan 14-də pestisid səviyyəsinin qanunla icazə verilən həddi aşdığı bildirilib. Təşkilat belə məhsulların mağaza rəflərində satılmamalı olduğunu vurğulayıb.
Araşdırmaya əsasən, ən yüksək pestisid səviyyəsi “Verstegen” markasına aid qırmızı bibər tozunda qeydə alınıb. Məhsulda ümumilikdə 18 müxtəlif pestisid müəyyən olunub və onların yarısının AB-də qadağan edildiyi bildirilib.
Mütəxəssislər bildirirlər ki, pestisidlərin insan sağlamlığına təsiri maddənin növündən, istifadə tezliyindən və qəbul edilən miqdardan asılıdır.
Qanunla müəyyən edilən limitdən aşağı səviyyələrin adətən ciddi risk yaratmadığı qeyd olunsa da, müxtəlif pestisidlər birlikdə daha təhlükəli olan “kokteyl effekti” yaradır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi pestisidlərin uzunmüddətli istifadəsi insan sağlamlığı üçün ciddi risklər – xərçəng, hormonal pozuntular, sinir sistemi xəstəliklər yaradır. Bundan başqa, bir çox pestisid həm də arıların kütləvi məhvi, torpaq və suyun çirklənməsi, uşaqlarda inkişaf problemlərinə səbəb olur. Xüsusilə uzun illər ərzində az miqdarda belə maddələrə məruz qalmanın orqanizmdə yığılaraq təhlükəli nəticələr doğura biləcəyi vurğulanır.
Araşdırmada adı keçən bəzi məhsullar Azərbaycan bazarında da satışdadır. Xüsusilə “Lipton” paket çayları və müxtəlif Avropa istehsalı olan ədviyyat məhsulları ölkədəki iri supermarket şəbəkələrində geniş şəkildə satılır. Bununla yanaşı, araşdırmada yüksək pestisid qalığı aşkarlanan “Verstegen” markalı bəzi ədviyyat məhsullarına da onlayn satış platformalarında və idxal məhsulları təklif edən mağazalarda rast gəlinir. Hələlik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sözügedən məhsullarla bağlı rəsmi xəbərdarlıq və ya geri çağırılma qərarı açıqlanmayıb.