vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MƏİŞƏT  
Dəfnə yarpağının gücü 11:57 | 22 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dəfnə yarpağının gücü

Siçan və siçovulları zəhərsiz şəkildə uzaqlaşdırmağın praktik yolu

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Evinizə siçan və siçovulların girməsinin qarşısını almaq üçün kimyəvi maddələrdən istifadə etmədən də effektiv nəticə əldə etmək mümkündür. Həll yolu isə mətbəxinizdəki sadə bir bitkidə gizlidir – dəfnə yarpağı.

Dəfnə yarpaqları tərkibindəki “evkaliptol” maddəsi ilə siçan və siçovulları uzaqlaşdırır. Bu maddənin kəskin qoxusu kemiricilərin oriyentasiya (yön tapma) qabiliyyətini pozur, onları evdən, bağdan və ya qarajdan uzaq durmağa vadar edir. Üstəlik, bu üsul insanlar və ev heyvanları üçün tamamilə zərərsizdir.

Necə tətbiq olunur?

Təzə və ya quru dəfnə yarpaqlarını evdə qaranlıq künclərə, dolabların arxasına və ya siçanların keçə biləcəyi sahələrə yerləşdirin.

Effektin davam etməsi üçün hər 2–3 həftədən bir yarpaqları yeniləyin.

Bu üsul kimyəvi maddə istifadə edilmədən təhlükəsiz və təbii alternativ kimi tövsiyə olunur.

Əlavə təsirli qoxulu vasitələr

Aşağıdakı qoxulu maddələr də siçanların uzaqlaşdırılmasında müvəqqəti təsir göstərə bilər:

Sirkə

Terpentinə bənzər maddələr

Qərənfil yağı

Nanə yağı

Bu maddələri parça bezlərə damcıladıb siçanların gəliş yollarına yerləşdirmək olar. Amma az miqdarda istifadə edilməli və uşaqların yaxınlaşa bilməyəcəyi yerlərdə saxlanmalıdır.

Unutmayın: Bu qoxuların təsiri müvəqqəti ola bilər. Çünki gəmiricilər zamanla həmin qoxulara alışa bilər. Uzunmüddətli qoruma üçün isə pişiklər, bayquşlar, tülkülər və sansarlar kimi təbii düşmənlər də kömək edə bilər.

Dəfnə yarpağı və digər təbii qoxuların mütəmadi yenilənməsi, təmizlik və təbii düşmənlərin mövcudluğu ilə birlikdə zəhərsiz və davamlı qoruma sistemi qurmaq mümkündür.