“Mina ovu” illərlə davam edəcək
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
11:46 | 22 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 370 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
ABŞ Prezidenti Donald Tramp, ölkəsinin iyun ayında İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində hədəf alınan nüvə obyektlərinin məhv edildiyini bildirib və “Əgər zərurət yaranarsa, bunu yenidən edərik” mesajı verib.
Vaxt.az xəbər verir ki, Tramp bu açıqlamanı “Truth Social” hesabında paylaşıb. O, İranın xarici işlər nazir müavini Abbas Araqçınin “Fox News” telekanalına verdiyi müsahibəyə cavab verərək yazıb. Araqçı həmin müsahibəsində ABŞ hücumlarının təsiri barədə “zərər çox ciddi idi, obyektlər məhv edilib” demişdi.
Tramp isə bu sözlərə belə cavab verib: “Əlbəttə ki, məhv edildi – dediyim kimi. Və əgər ehtiyac olsa, yenə edəcəyik”.
Tramp, həmçinin, CNN telekanalının “İranın nüvə proqramı tamamilə yox edilmədi, sadəcə bir neçə ay geri atıldı” şəklindəki ilkin hesabatlarına da sərt reaksiya verib. O, CNN-i “saxta xəbərlərlə” ittiham edərək, kanalda çalışan jurnalistlərin işdən çıxarılmasını, həm özündən, həm də əməliyyatda iştirak edən ABŞ pilotlarından üzr istənilməsini tələb edib.
Xatırladaq ki, İsrail ilə İran arasında gərginlik artdığı dövrdə – iyunun 13-də İsrail bir sıra İran şəhərlərindəki nüvə və hərbi obyektlərə, eləcə də mülki infrastruktur obyektlərinə qarşı hava hücumlarına başlamışdı. Vaşinqtonun açıq dəstəyini alan İsrailin hücumları 22 iyun tarixində ABŞ tərəfindən daha bir zərbə ilə davam etdirildi.
Həmin gün ABŞ Silahlı Qüvvələri İranın Natanz, Fordo və İsfahan bölgələrində yerləşən üç nüvə obyektinə hücumlar həyata keçirdi. Bu əməliyyat “Gecə yarısı çəkici” (“Midnight Hammer”) adını daşıyırdı və yalnız ABŞ-ın malik olduğu “bunker deşici” bombalardan istifadə olunmuşdu.
Donald Tramp bu əməliyyatı “böyük uğur” kimi qiymətləndirib. Lakin ABŞ mətbuatına sızan ilkin hesabatlarda hücumların İranın nüvə proqramını “tamamilə məhv etmədiyi”, sadəcə “bir neçə ay geri atdığı” bildirilmişdi.
Tramp administrasiyası bu xəbərlərə kəskin reaksiya verərək, FTB və Pentaqonun məlumat sızmalarına dair təhqiqat başlatdığını açıqlamışdı.