vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SAĞLAMLIQ  
Geri yerimək bədəninizi və beyninizi gücləndirir 12:27 | 16 oktyabr 2025 | Cümə axşamı Məqaləyə 174 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Geri yerimək bədəninizi və beyninizi gücləndirir

Retro yerimə yaşlı insanlarda tarazlığı və hərəkət sabitliyini yaxşılaşdırır

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Geri addımlamaq, yəni “retro yerimək” sadəcə fərqli bir hərəkət deyil – sağlamlıq baxımından da əlavə üstünlüklər yaradır.

Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, Nevada Universitetindən biomexanika mütəxəssisi Cenet Dufekin araşdırmasına görə, geriyə yerimək əzələlərin balanslı inkişafını təmin edir, hamstrinq (budun arxa hissəsindəki) əzələləri möhkəmləndirir və beynin hərəkət koordinasiyasını gücləndirir.

Adi yürüş bədənin eyni hissələrini daim işlədərək bir növ “mexanik vərdiş” yaradır. Geri addımlamaq isə bu dövrəni pozur və bədənə yeni hərəkət modelləri öyrədir. Dufek bunu “çapraz məşq effekti” adlandırır – yəni fərqli istiqamətdə hərəkət edərək bədəni daha hərtərəfli işlətmək.

Geri yerimək bədəni yeni duruş və hərəkətə uyğunlaşdırır, bu da həm metorika bacarıqlarını, həm də beyin aktivliyini artırır. Xüsusilə yaşlı insanlar üçün tarazlığı və hərəkət sabitliyini yaxşılaşdırdığı müşahidə olunub.

Fizioterapevtlər bu metodu diz və ayaq zədələrindən sonra bərpa prosesində də tətbiq edirlər. Çünki geriyə yerimə zamanı ayağın təması fərqli olur – topuq yerə birbaşa yük vermir, bu da oynaqlara düşən təzyiqi azaldır.

 

Necə başlamaq lazımdır?

 

Mütəxəssislər ilk mərhələdə 10 dəqiqəlik yürüşə 1 dəqiqəlik geriyə yerimə əlavə etməyi tövsiyə edir. Vaxtla bu müddət artırıla bilər. Ən təhlükəsiz variant – qaçış zamanı yavaş tempdə yeriməkdir.

Təcrübəlilər üçün növbəti mərhələ geriyə qaçış və ya idman məşqlərinə inteqrasiya ola bilər. Bu üsul artıq basketbol, futbol və Amerika futbolu kimi idman növlərində standart təlim elementinə çevrilib.

Alimlərə görə, belə kiçik dəyişikliklər bədənin eyni növ hərəkətə öyrəşməsinin qarşısını alır, zədələnmə riskini azaldır və beyni daim aktiv saxlayır.

Geri yerimək – sadə, amma bədəni və zehni yenidən formalaşdıran bir addımdır.