vaxtlı-vaxtında oxuyun! Şənbə, 12 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AKTUAL  
Daha sürətli qaçmağın yolu tapıldı 16:53 | 12 iyul 2025 | Şənbə Məqaləyə 126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha sürətli qaçmağın yolu tapıldı

Yeni metod 20 metrlik sprintləri 3 faiz sürətləndirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ani olaraq daha sürətli qaçmaq istərdinizmi? Əvvəlki tədqiqatlar kəsişmə məşqlərinin, baxışınızı qabaqdakı bir nöqtəyə fokuslamanın və düzgün idman ayaqqabıları geyinmənin səmərələrini göstərmişdi. Lakin tədqiqatçılar bildirirlər ki, yalnız bir neçə sözdən ibarət təlimat növbəti yarışınızda sizə lazım olan dəstəyi təmin edə bilər.

Böyük Britaniyadakı “Essex” Universitetindən Ceyson Moran deyir ki, “İdmançılarla söylədiyimiz sözlərin onların performansına ölçülə bilən və ani təsiri var”.

Moran və tədqiqatçılar aşkar ediblər ki, gənc futbolçular bədənlərindən daha çox ətraflarına fokuslandıqda daha sürətli qaçırlar. Sadə bənzətmələr 20 metrlik sprintlərini 3 faiz sürətləndirdi.

Tədqiqatçılar vurğulayırlar ki, adi halda bu nəticələrə çatmaq üçün insanlara həftələrlə hədəfə yönəlik məşq proqramı tətbiq olunur.

Moran əlavə edir: “Bu konkret bənzətmələr daha da inkişaf etdirilə bilər. Məsələn, bir oyunçudan “Ferrari kimi sürətlən” demək sadəcə “sürətli qaç” deməyə nisbətən onun ağlında daha çox obraz yaratmış olar”.

Tədqiqatın müəllifləri nəticələri əldə etmək üçün “Tottenham Hotspur” akademiyasının 20 üzvünü müşahidə ediblər. Bütün oyunçular 14 və ya 15 yaşlarında idilər.

Sprint məşqlərinə qatılan gənc idmançılara qaçışdan əvvəl müxtəlif göstərişlər verilirdi.

Nəticədə tədqiqatçılar aşkar etdilər ki, gənclərə “yerdən təzyiq edin” demək, “ayaqlarınızı yerə basın” deməkdən daha güclü nəticələr verir. Amma ən yaxşı performanslar oyunçular “göylərə şığıyan təyyarə kimi qaçın” deyə təşviq edildikdə ortaya çıxdı.

Mövzunun açarı başa düşülməsi çətin ola biləcək texniki terminlərdən istifadə etməyən təlimatların sadəliyindədir.

Moran yekun olaraq bildirir: “Müəllimlər və valideynlər idmanın növündən asılı olmayaraq sadə bənzətmə yolu ilə uşaqlardan ən yaxşı nəticə ala bilərlər”.