
Müşfiq, Lorka, Səmədoğlu...
Yaxud poeziyanın sevgi və tənhalıqdakı aqibəti
Yaxud poeziyanın sevgi və tənhalıqdakı aqibəti
... 10 saat ayrılığa dözmədilər
Bu problemlə mübarizə aparmaq üçün psixoloqdan 5 məsləhət
Heç düşünmüsünüz, niyə əksər kitablarda qəhrəmanlar ölür?
Riçard Feynman: “Günahımız nə idi?”
Müxtəlif sevgi növləri başqa-başqa sahələri aktivləşdirir
(Sevən xanımlara ithaf edirəm)
Subaylıq sultanlıq olsa da, sağlamlıq deyil
«Qısqanc olsun, uzunsaçlı, qulağında sırğa ola bilər»
Bu maraqlı davranışın arxasında nə yatır?
Ekstravertlər yeni münasibət axtarmağa daha çox meyillidirlər
Rusiyada polis 14 yaşlı hamilə qızın «sevgili»sini axtarır
«Evlilik iki biznes partnyorunun münasibətlərini xatırladır»
Kişilər indi Məcnun olub, Leylini ruhən sevməyə üstünlük verirlər
“20 ilə faizsiz verilən 50 kvadratlıq mənzilə ailə ayda 50 manat ödəyər”
«İşim yoxdu evlənmirəm» deyənlərə bəd xəbər; nikaha girən cütlüklərdən biri işlə təmin ediləcək
Xəyanət monoqam (tək partnyorlu) münasibətlərdə belə son illərdə daha çox rast gəlinir. Bəzi insanlar diqqətsizlikdən, bəziləri isə sadəcə həyəcan axtarışından dolayı sədaqətsiz davranır. Lakin bu davranışların arxasında bioloji səbəb də ola bilər.
İngiltərənin “King’s College London” universitetində genetika üzrə mütəxəssis Linn Çerkas (Lynn Cherkas) tərəfindən aparılan araşdırma bu ehtimalı gücləndirir. Çerkas 1.600 qadın əkiz üzərində apardığı tədqiqatda, tək yumurta əkizlərindən birinin sədaqətsiz olması halında digərinin də oxşar meyilə sahib olma ehtimalının 1,5% artdığını ortaya qoydu. Bu kiçik, amma diqqətçəkici fərqdir.
Finlandiya mərkəzli başqa bir araşdırma göstərir ki, aldatma kişilərdə 60%, qadınlarda isə 40% nisbətində genetik əsaslara sahib ola bilər.
Bu nəticələrə görə, dopamin reseptoru D4 və bağlanma hormonu vasopressin bu davranışlarda əsas rol oynayır. Dopamin sistemi daha aktiv olan insanlar, emosional münasibətlərdə olduğu qədər, alkoqol istehlakı və riskli davranışlarda da daha çox stimul axtarırlar.
“The Niederrhein University of Applied Sciences”dən Tomas Pliyeqer (Thomas Plieger), “Dopamin impuls nəzarətinə təsir edir və asılılıq davranışları ilə sıx əlaqəlidir”, – deyərək bu əlaqəni vurğulayır. Vasopressin hormonu isə xüsusilə qadınlarda emosional bağlılığa təsir göstərə bilər.
Bütün bu araşdırmalar aldatma meylində genetik əsas ola biləcəyini göstərsə də, bu meyllərin fərdin davranışlarını müəyyən etməsi şərt deyil. Xarakter, ətraf mühit amilləri və şüurlu seçimlər aldatma davranışında hələ də daha böyük rol oynayır. Genetika yalnız bu mürəkkəb quruluşun bir hissəsi kimi qiymətləndirilməlidir.