
Qısqanclığı oyuna çevirməyin
Bu problemlə mübarizə aparmaq üçün psixoloqdan 5 məsləhət
Bu problemlə mübarizə aparmaq üçün psixoloqdan 5 məsləhət
Riçard Feynman: “Günahımız nə idi?”
Müxtəlif sevgi növləri başqa-başqa sahələri aktivləşdirir
Yapon qadınların etirazı, şokoladlı suşi və şokolad cakuzisi
(Sevən xanımlara ithaf edirəm)
Subaylıq sultanlıq olsa da, sağlamlıq deyil
«Qısqanc olsun, uzunsaçlı, qulağında sırğa ola bilər»
Bu maraqlı davranışın arxasında nə yatır?
Ekstravertlər yeni münasibət axtarmağa daha çox meyillidirlər
Rusiyada polis 14 yaşlı hamilə qızın «sevgili»sini axtarır
«Evlilik iki biznes partnyorunun münasibətlərini xatırladır»
Kişilər indi Məcnun olub, Leylini ruhən sevməyə üstünlük verirlər
Onu gerçək həyatda bircə dəfə gördüm. İlahi, bütün yaxşı sözləri demək olardı haqqında. Kitablardan gəlmişdi. Film kimi gəlmişdi. Milyon ilin tanışı kimi səssiz, qışqırıqsız, sevgiylə. Bütün sözlərimi tanıyırdı, bütün sirlərimi bilirdi, bircə baxışımdan oxuyurdu arzularımı...
Mən onu bircə dəfə gördüm. Günorta üstü, axşam və gecəyə yaxın. Dünyamı və dünyanı xilas edəcək qəhrəman idi, bütün insanların ən yaxşısı, ən dürüstü, ən xeyirxahı, ən həssası idi. Və deyəsən, onu sevdim...
Sonrakılar o deyildi. Oxşayırdılar, hərdən lap çox oxşayırdılar, təbəssümünə, baxışlarına diqqət edirdim, o işığı, o parıltını, o ürəyi, o ruhu görmək istəyirdim, çığırmaq istəyirdim ki, o...
Çığıra bilmirdim. O ölmüşdü... Ən gözəl sözləri eşidəndə, üzümə gülümsəyəndə də sanki bir zamanlar sevdiyim adamın uğursuz klonunu görürdüm. Bir neçə il sonrakı halına bənzəyən, amma tamam başqa adam olan klonunu...
O ölmüşdü, öldürmüşdülər, ya özü intihar etmişdi, soruşmadım...
Mənası yox idi. Qisas alası deyildim ki...
Bir oktyabr günü doğulmuşdu. Nə vaxt öldü? Dəqiq yadımda deyil. Deyəsən, apreldə... Sonra mayda... Sonra yanvarda, sonra martda, sonra iyunda, sonra... Adam hər ay, hər gün sevdiyimin adamın öldüyünü xatırladırdı. Sevgilim sanki hər gün yenidən ölürdü. Hə, adam bir dəfə ölür, düzdü. Amma biz adamdan danışmırıq axı. O, fövqəlinsan idi...
Hər dəfə onu dirilltmək istəyirdim. Xatirə ilə yaşamaq ağır olur axı. Dirildirdim və baxırdım ki, yox, o belə deməzdi, o belə eləməzdi, o belə...
Bir gün başa düşdüm ki, ağlamaq lazımdı. Sadəcə, ağlamaq. Qəhrəmanlar yaşaya bilməyənlərdir, qəhrəmanlar fəda olanlardır, fədakarlıq edənlərdir. Heç düşünmüsən, niyə əksər kitablarda qəhrəmanlar ölür? (Hamı öləcək? Əlbəttə. Amma mən romanlardan danışıram e..) Mən düşünmüşəm... Lazım deyil. Bilirsən, izahat verməkdən zəhləm gedir. Xüsusən yad adamlara... Elə doğmalara da...
Mənimçün ən doğma adamlardan biri ölüb. Çoxdan ölüb. Mən gec bilmişəm. Nə məzarı var, nə...
Yəqin, mən də elə olacam. Qəhrəmana dönəcəm... Nəyi pisdi ki?..