

“Amazon”un qurucusu və sədri Ceff Bezos iyunun sonunda e-ticarət nəhəngi sirkətinin təxminən 737 milyon dollarlıq səhmini satdı. Dünən bazar bağlandıqdan sonra məlumat qanuni sənədlərə daxil edildi.
1994-cü ildə “Amazon”u quran Bezos, mart ayında başlatdığı ticarət planının bir hissəsi olaraq 3,3 milyon səhmi 736,7 milyon dollara satdı.
Satışdan sonra Bezosa təxminən 905 milyon Amazon səhmi qalıb. Bezos həmçinin keçən il təxminən 5 milyard dollarlıq səhm satıb.
“Forbes”in məlumatına görə, Bezos 234,4 milyard dollar sərvətlə dünyanın dördüncü ən varlı adamıdır.
Qeyd edək ki, Ceff Bezos iyunun 27-də Loren Sançezlə İtaliyanın Venesiya şəhərində evləndilər. İlin toyu adını alan mərasim nə az-nə çox üç gün-üç gecə davam edib. Mərasimdə dünyanın tanınmış simaları Donald Trampın qızı İvanka Tramp, Orlando Blum, Leonardo Di Kaprio, Opra Uinfri, Bill Qeyts və Robert Pattinson iştirak edib. Toyun üçüncü günündə məşhur müğənni Ledi Qaqa cütlük üçün özəl konsert verib.
KİV-in məlumatına görə, toy mərasimi Ceff Bezosa 50 milyon dollara başa gəlib.