
Vergilərdən mədəniyyətə jest
Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq
Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq
Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na düşüb
“Mümkün olmayan missiya – Son Hesablama” üçüncü yerə düşdü
95 yaşlı əfsanə yeni filminə hazırlaşır
Ailəsi barədə danışmağı sevməyən aktyorun qızı atasının soyadından imtina edib?
Səbirsizliklə gözlənilən filmlə bağlı ilk reaksiyalar gəldi
Tom Kruz: “100 yaşıma qədər dayanmayacam”
Nikolas Keyc yeni filmin çəkilişində köpək balığı təhlükəsindən sağ çıxıb
Tom Kruz 62 yaşında karyerasının ən çətin filminə çəkildi
Miqrant problemi və müşahidə kameraları ilə tənzimlənən həyatımız
Ulduz aktrisadan həyəcanlı siqnal
Filmin dublyaj variantı faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Almaniyada göstərilib
Dövlət televiziyasında nümayiş olunan açıq-saçıq səhnələr etirazlara səbəb olub
Dublyor bacarığı və dizaynı mükafatlandırılacaq
Mel Gibsona yenidən silah daşımaq hüququnun verilməsi mübahisələrə səbəb olub
... Yaxud Koen qardaşlarının qara təbəssümü
Xalq artisti Ənvər Həsənov vəfat etdi. Onun tamaşaçı yaddaşında xüsusi yeri var.
Mənim üçün Ənvər Həsənov “Uşaqlığın son gecəsi”ndəki Muraddır.
Bu filmin Azərbaycan kinosunda özünəməxsus yeri var.
“Uşaqlığın son gecəsi” pafos püskürən sovet realizminin tam əksi olan filmdir. Kinoda qəribə bir gənclik ruhu var. Filmin qəhrəmanları o zamanlar üçün dəbdə olan bəzəkli sözlərlə danışmırlar, “kommunizm quracaqları” barədə saxta vədlər vermirlər.
Hər şey təbiidir.
Hamımızın tanıdığı, ətrafımızda gördüyümüz, qonşumuz olan insanlardır bu qəhrəmanlar... Azanın vaxtını radiosuz da bilən nənə, maqnitofon almaq arzusunda olan kişi, arzuları göydə olan gənc Murad, sadə mühəndis Rüstəm və həyatda bəxti gətirməyən Davud...
Polad Bülbüloğlunun musiqisi isə adamda yalnız gənclik enerjisi doğurur.
Ənvər Həsənovun yaratdığı Murad yeni dövrün çağırışlarında yerini tapmağa çalışan gəncdir. O, həyata maraqlı macəra kimi baxır, amma film boyu obraz dəyişir və Murad həyatın ona verdiyi “sən nə istəyirsən?” sualına cavab axtarmağa başlayır.
Ənvər bəyin bu obrazı yaddaqalandır.
Ənvər həm də “Yeddi oğul”dan biridir. Azərbaycan kinosunun kult filmi olan “Yeddi oğlu istərəm” vestreni bütün ölkəyə səs salmışdı.
Gənc və yaraşıqlı Cəlal hamını ovsunlamışdı.
Tamaşaçı bu filmi o qədər ürəyinə yaxın buraxmışdı ki, filmdə Cəlalı güllələyən Kələntəri – mərhum aktyor İsmayıl Osmanlını küçədə görəndə qarğış edirdilər.
Ənvər Cəlalın nakam sevgisini və cəmiyyətə etirazını çox gözəl yaratmışdı.
“Dərviş Parisi partladır” filmində isə Ənvəri “qamışlığın ortasında” qalmaqdan bezən, oxumaq arzusunda olan Şahbaz bəy obrazında gördük.
İllər əvvəl Ənvər müəllimlə “Elita” qəzeti üçün müsahibə almışdım. Maraqla qarşılanmışdı.
Obrazları məharətlə yaradan Ənvər Həsənov kino tarixində izini qoya bildi.