
Çimdik ...
Dünyanın ən effektli tərbiyə üsulu
Dünyanın ən effektli tərbiyə üsulu
Yaxud dünyanın ən çirkin qadın yarışmasının qalibi Meri Ann Vebster
“Ev xanımı” yox, “evinin xanımı” olmaq
Onlar təbiətin özüdür
Yaponiya şahzadəsi Hisahito ilk dəfə mətbuat konfransını keçirib
Qocaların qayğısına süni intellekt qalacaq
Ölkədə yeni doğulanların sayı 9-cu ildir ardıcıl olaraq azalır
Çoxuşaqlı ailələrə müavinət ödənilməlidirmi?
Bu problemlə mübarizə aparmaq üçün psixoloqdan 5 məsləhət
Heç düşünmüsünüz, niyə əksər kitablarda qəhrəmanlar ölür?
Riçard Feynman: “Günahımız nə idi?”
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
Müxtəlif sevgi növləri başqa-başqa sahələri aktivləşdirir
Boz maddədə büzülmə müşahidə edilir
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
«The Telegraph» qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, nəhayət ər və arvadlar üçün xeyir xəbər var.
İngiltərənin Birmingem şəhərindəki Aston Tibb Məktəbinin araşdırmaçıları aşkar ediblər ki, evlilik sizin xəstəliklərdən salamat qurtarmanıza kömək edə bilər.
Bu nəticəyə gəlmək üçün alimlər 13 il ərzində bir milyondan artıq insanın xəstəlik tarixlərini öyrəniblər.
Nəticələr kifayət qədər əsaslıdır: evlilik sizin sağlamlığınız üçün xeyirlidir.
Alimlər bu nəticəyə gəliblər ki, evli olanların diabet, yüksək qan təzyiqi və yüksək xolesterolla bağlı xəstəliklərdən ölüm riski əhəmiyyətli dərəcədə azdır.
Bunun səbəbi olaraq ər-arvadın bir-birinə qayğısı, dərmanları qəbul etməyi bir-birinin yadına salması və daha keyfiyyətli qidalanması göstərilir.
Lakin alimlər xəbərdarlıq edirlər ki, bu, heç də hamının dərhal evliliyə cumması üçün əsas olmamalıdır.
Bu tədqiqatın nəticələrini Britaniya Kardiovaskulyar Cəmiyyətinin Mançesterdə keçirilmiş konfransında təqdim etmiş professor Pol Karter (Paul Carter) deyir ki, sadəcə olaraq yaxın insanların və qohumların çevrəsində olan insanlar bir qayda olaraq daha sağlam olurlar.
Evlilik çox uzun müddətdir ki, dərdlərin çarəsi hesab olunur. 2010-cu ildə Dünya Səhiyyə Təşkilatı bu qərara gəlib ki, evli olmaq ən azı depressiyaların qarşısını alır.
Lakin bundan da ciddi elmi nəticələr var. Kaliforniya Universitetində aparılmış bir araşdırma göstərib ki, xərçəng xəstəliyinə tutulmaq şansı aşağı olan insanların əksəriyyəti subay olmayanlardır.
Amma burası da var ki, qadınlar üçün məsələ o qədər sadə deyil. Bir çox tədqiqatlar göstərib ki, tənhalıq kişilərə, qadınlardan daha çox ziyan vurur.
Üstəlik London Kollec Universiteti, London İqtisad Məktəbi və London Gigiyena və Tropik Təbabət Məktəbinin apardığı müşahidələr göstərib ki, diabet, yüksək qan təzyiqi və piylənmə kimi xəstəliklərə meyllilik həm ərli, həm də subay qadınlarda eynidir.
Başqa sözlərlə, bu o deməkdir ki, evli olmağın kişilər üçün cana xeyri var.