
Subaylıq vergisi
Şimali Makedoniya çoxuşaqlı ailələri təşviq etmək üçün Avropada ilkə imza atdı
Şimali Makedoniya çoxuşaqlı ailələri təşviq etmək üçün Avropada ilkə imza atdı
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
“Lidl” supermarketində çəkilən görüntülər müzakirə mövzusu oldu
... 10 saat ayrılığa dözmədilər
Nəvələrinə ən çox təsir edən ailə ağsaqqalı üzə çıxdı
Boşanma nisbəti sıfıra yaxındır
Yeni nəslin tək yaşamaq seçimi dünyada ənənəvi ailə quruluşunu dağıdır
Yaxud dünyanın ən çirkin qadın yarışmasının qalibi Meri Ann Vebster
“Ev xanımı” yox, “evinin xanımı” olmaq
Onlar təbiətin özüdür
Yaponiya şahzadəsi Hisahito ilk dəfə mətbuat konfransını keçirib
Qocaların qayğısına süni intellekt qalacaq
Ölkədə yeni doğulanların sayı 9-cu ildir ardıcıl olaraq azalır
Bu problemlə mübarizə aparmaq üçün psixoloqdan 5 məsləhət
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
Bu ərəb kişi bir gündə dünyanın diqqətini cəlb etməyi bacarıb. İndi hörmətli oxucu deyəcək ki, “neynəyib, uzağı 4-cü arvadını alıb da”. İslamda bu caizdir, məqbuldur, hətta xeyirlidir. Düz deyirsiz, xəbəri oxumayana kimi mən də elə düşünürdüm.
Bəs niyə bütün dünya bu xəbərdən, daha doğrusu bu kişidən danışır?
Deməli, sayın oxucular, hadisə vaqe olur Səudiyyə Ərəbistanında. Ailəsi yerli aborigenlərdən birini evləndirmək istəyirlər. Münasib ailədən qız da tapırlar. Qız məktəbdə oxuyurmuş. Qaqaşa deyirlər get filan məktəbə, filan sinfə, filan müəllimə işin içindədir, ona denən kənardan qızı sənə göstərsin.
Ərəb əmoğlu gəlir məktəbə. İndi mən bilmirəm, ərəb məktəblərində səni əlində çübüq, “ədə, özünü hara soxursan?”sözləri ilə qorxunc üzlü Əsmər xala qarşılayır ya yox, əmoğlunu “zavuç” qarşılayır. Ərəb qaqaş baxıb ki, ala-ala “zavuç” da gözəllər gözəlidir. Həm də cavan. “Zavuç” da bunu görür qımışır, göz zad süzdürür və deyir ki, sinfə girmək üçün mütləq müdir xanımdan icazə lazımdır.
İkisi birləşib gəlirlər müdirə xanımın, yəni məktəb direktorunun yanına. Ərəb qaqaş baxır ki, vay dədə bu nədi alaaaa, direktor Milfa “zavuç”dan da gözəldir. Ağzı suyunu silə-silə deyir ki, filan sinfə getmək üçün icazə istəyirəm. Direktor da dul imiş, deyir ağəli, gedərsən də, nolub, otur bir qəhvəmizi iç, xurmamızı ye.
Nəsə ki, direktorun telefonunun gizlincə alıb otaqdan çıxanda “zavuç”un da vizitkasını alır, gəlir almaq istədiyi qızın sinfinə. Zavuç qapını döyür, içəridən müəllimə çıxır. Bu dəfə az qalır gədənin başına hava gəlsin. Düşünür ki, bəlkə bura cənnətdir mən düşmüşəm. Müəllimə direktordan da, “zavuç”dan da gözəl və gənc imiş. Gədəni görür, sürməli göz-qaşlarını süzdürür, hayıl-mayıl olur. Bir könüldən min könülə vurulur.
Xülasə ən axırda görmək istədiyi qızı da görüb gəlir evə. Axşam evin ağsaqqalı gəlir, otururlar ailəvi yeməyə. Dədəsi soruşur ki, a bala noldu o qız məsələsi, getdin gördün? Qaqaş da deyir, hə, qızı gördüm, amma bir problem var. Dədəsi gülür ki, nə problem a bala? Ərəb olan yerdə problem nədir? Deyir ki, bəs dədə, mən qızı gördüm, bəyəndim, amma direktoru da, “zavuç”u da, sinif müəlliməsini də bəyəndim, indi bilmirəm hansını alım. Atası da deyir, nolacaq, elə hamısını birdən alarsan.
Elə də edirlər. Böyük toyla, dəf-dumbulla 4 gəlini birdən gətirirlər ər evinə. İndi təzə ər öz poker arvadları ilə mutlu-məsud yaşayır. Allah xoşbəxt eləsin deyəcəm, amma hansını? Əşşi elə qrup halında xoşbəxt olsunlar da.
Necə deyərlər, o olmasın, bu olsun.