vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 6 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MƏMLƏKƏT  
ƏRƏB ADLARI 22:08 | 5 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ƏRƏB ADLARI

Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Diqqət edirsizmi, son zamanlar islami adların, yəni ərəb adlarının sayı durmadan artır.

Bir tanışım deyir ki, bizim aran rayonlarından birində nəvəsinin oxuduğu sinifdə 5 nəfər oğlan uşağının adı Muhammeddir. Eyni sinifdə 4 nəfər Fadimə, 3 nəfər də Zəhra adlı gül balamız oxuyur.

Deyə bilərsiniz ki, sənin də adın ərəb mənşəlidir, peyğəmbərlərdən birinin adıdır.

Əslində mənim adımın mənşəyi İslamiyyətdən daha da əvvəllərə gedir, “Abraham”dan, “Avram”dan gəlir.

Ancaq atam mənə ad seçəndə indiki trenddən fərqli olaraq sadəcə olaraq öz atasının adını qoyub.

Mənimlə bir sinifdə “Məhəmməd” adında bir sinif yoldaşım oxuyurdu.

Ancaq indi o adı dövrün “tələbinə” uyaraq “Muhammed” olaraq yazırlar.

Niyə, səbəbini bilirsiz – İslami ahəng vermək üçün, ərəblər elə yazdıqlarına görə.

Və ya “Fatma” ilə “Fadimə”…

“Fadimə” deyəndə məcburən məsələyə başqa rakursdan baxırsan...

Təbii ki, dini, irqi dözümlülük örnəyi olan ölkəmizdə, tolerantlığı ilə öyünən cəmiyyətimizdə kimsə başqasının övladına nə ad verməsinə qarışa bilməz. Mən də qarışmır və bu seçimlərə hörmət edirəm. Ancaq narahatçılıq doğuran bu məsələdə ifrata getmək, mənasını, nə anlama gəldiyini, mənşəyini bilmədən məqbul olmayan adlar qoymaq çox düşündürücüdür...

Bir başqa tanışımın ailəsində “Azra” adlı gözəl bir qız övladı böyüyür.

“Azra” adı ərəb mənşəlidir, mənası “Bakirə, əl dəyməmiş” deməkdir.

Ərəb mədəniyyətində bu ad ilk növbədə qızlara saflığı və məsumluğu təmsil etməsi üçün verirlər. Ancaq tərcüməsi də ortadadır.

“Sənəm” yerinə israrla “Sanem”i seçirlər.

Halbuki “Sənəm” deyəndə biz “gözəl, göyçək, dilbər” anlayırıq.

Ancaq “Sanem” ərəbcə “büt” deməkdir.

“Yenə yada düşdü bizim sənəmlər; Getməyin binası, hayıf ki, yoxdur”, – böyük Molla Pənah Vaqifindir.

Ya da…

“Bir saatdan sonra bir nazənin sənəm gələcəkdir”, – böyük Üzeyir Bəy Hacıbəyli yazırdı.

“Gülsüm” kasıb, aciz, yoxsul deməkdir.

Cənnət bağı kimi tanınan “İrem” Allahın qəzəbinə tuş gəlmiş “yalançı cənnət” deməkdir.

“Necla” ərəbcə “şaşı, yəni çəp göz” deməkdir.

Son zamanların dəbdə olan adlarından “Aleyna” ərəbcə “Üstümüzə bəla və dərd yağdıran” deməkdir.

Quran-i Kərimdə adı keçdiyi üçün qızlarımıza “Kəzban” (Tükəzban) adı veririk, amma “Kəzban” ərəb dilində “yalancı” deməkdir.

Övladlarına “Saniye”, “Rabia”, “Selase” və ya “Vahidə” kimi mənalı və müqəddəs adlar qoyduqlarını düşünənlər, əslində onlara nömrə verdiklərini bilmirlər:

“Vahidə” deyəndə birinci, “Saniye” deyəndə ikinci, “Selase” deyəndə üçüncü, “Rabia” deyəndə dördüncü nəzərdə tutulur. Çünki bədəvi ərəb mədəniyyətində qız övladı ikinci dərəcəli sayıldığı üçün onlara ad qoymur, sadəcə nömrələyirdilər!

Bir çox ilahiyyatçı alimlər bu kimi adların müqəddəsliklə heç bir əlaqəsi yoxdur deyirlər.

Önəmli Qeyd:

Bu qısa qeydlərimin məqsədi kiməsə yol göstərmək, məsləhət vermək deyil. Korrekt bir şəkildə diqqətinizi ad qoyanda mənalarını incələməyə çəkmək istədim. Bu qədər. Əsla və əsla kiminsə inancını sorğulamaq kimi bir qəflətə qapılmadım. Burada misal kimi çəkdiyim adlar tanınmış İlahiyyatçı alimləri professor Süleyman Ateşin “Rümeysa adı zərərlidirmi?” və dosent Hayrettin Öztürkün “Uşaqlarınıza bu adları qoymayın” məqaləsindən bəhrələnmişəm.

Bütün balalarımız mutlu və bəxtəvər olub Adları ilə böyüsünlər!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)