Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
21:50 | 28 iyun 2025 | Şənbə
Məqaləyə 355 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Prezident Ərdoğan Rusiyanın “S-400”lərini tənqid edərək bildirib ki, bu sistemlər Türkiyə üçün etibarlı müdafiə təmin edə bilməz. Buna səbəb İsraillə İran arasındakı 11 günlük münaqişədə rus müdafiə sistemlərinin modern savaşların tələblərinə cavab verməməsidir. Ərdoğanın fikrincə, “cəmiyyətimiz bunu aydın şəkildə dərk edib”. Türkiyənin bu gün çox səviyyəli hava hücumundan müdafiə sisteminə ehtiyacı var…
2017-ci ildə Türkiyə ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq, Rusiyadan 2,5 milyard dollara 4 divizion “S-400” kompleksi aldı. Buna cavab olaraq Vaşinqton Ankaranı “F-35” təchizat proqramından kənarlaşdırdı. Prezident Ərdoğanın bu mübahisəli addımı Qərbə meydan oxumaq, Putin üçün bu bir Zəfər idi.
Ankara prezidentin addımını öz milli təhlükəsizliyini təmin etmək kimi əsaslandırsa da, indi R.T.Ərdoğanın “S-400”lərin effektivliyini sual altına almasını görürük. S-400-lərin texniki potensialı yüksək qiymətləndirilsə də sistemlər heç vaxt real döyüş şəraitində istifadəyə verilmədi. Onların aktivləşdirilməsi beynəlxalq sanksiyaların sərtləşməsi təhlükəsi yaratdığı üçün Ankara ehtiyatla davrandı. Bu, faktiki olaraq sistemlərin simvolik bir alətə çevrildiyini göstərdi.
Türkiyənin hava hücumundan müdafiə qabiliyyəti illərdir ki, zəif həlqə idi. 2015-ci ildən etibarən Suriya böhranının regional təhlükəsizlik balansını dəyişməsi rəsmi Ankara üçün bu sahədə təcili addım atmaq zərurəti doğurdu. NATO daxilindəki alternativlər ya siyasi şərtlərlə, ya da yüksək qiymətlərlə təqdim olunurdu. ABŞ-ın Patriot sistemlərini satmaqdan vaz keçməsi fonunda Rusiya ilə danışıqlar sürətləndirilərək 2017-də astronomik məbləğlərlə ifadə olunan müqavilə imzalandı. Bu qərar yalnız hərbi deyil, həm də geosiyasi siqnal kimi qəbul edildi – Türkiyə NATO daxilində müstəqil siyasət yürütməyə çalışdığını nümayiş etdirirdi. Lakin bu addım ABŞ tərəfindən “F-35” “silləsi” və sanksiyalarla cavablandırıldı.
Bununla belə, prezident Ərdoğan Türkiyənin hava hücumundan müdafiə sahəsində irəliləyişlərinin hələ də yetərli olmadığını, bütün gücü sistemlərinin – “Siper”, “Korkut”, “Hisar” və “Sungur”un inkişafına yönəldiyini deyir. Kreml növbəti dəfə çətin duruma düşdü, onun Dünyaya sırımağa çalışdığı “S-400”lərin imici ayaqlar altına atıldı.
Ərdoğan açıq şəkildə, birbaşa qeyd etdi: Türkiyə bir kənarda “oturub” kənardan silah almağa davam etsəydi, bu sistemlər meydana çıxmayacaqdı. Rusiyanın texnoloji inkişafın tormozu olduğunu Ankara da görmüş oldu.
Kreml isə hələ də “S-400”ləri sanki 2007-ci ildəyik kimi satır. İyirmi il keçib, son hadisələr rus texnikasının köhnəldiyini, işə yaramadığını göstərdi: sistemlər sadəcə olaraq müasir münaqişə şəraitində işləmir. Bunlar tam da Putinin xarici siyasətinin dəqiq portretidir: bahalı, təmtəraqlı və əsl döyüş vəziyyətində tamamilə yararsız texnika. İşin pərdə arxasında rusların çılpaq texniki səriştəsizliyi dururdu.
Digər tərəfdən, siyasi çevikliyi ilə tanınan prezident Ərdoğan da Rusiyaya yerini göstərməyə başlayırsa, bu, artıq ciddi məsələdir. Halbuki o, Moskva ilə sıx əlaqə içində olan az saydakı liderlərdən biri idi. Belə çıxır ki, Ərdoğan üçün ölkə səmasının təhlükəsizliyi Moskva ilə dostluqdan daha vacibdir.
“S-400”lər isə Putin dövrünün simvoluna çevrilir – uğursuz layihələr, konkret iş yerinə multiplikasiya şouları, tərəfdaşlıq əvəzinə təcrid və dünyaya rəzil olmaq. Kreml isə hər zamankı kimi heç nə olmamış kimi davranır…
Prezident Ədoğanın etirafı olduqca cəsarətli bir davranışdır. Növbəti mərhələ bu durumdan çıxış yollarını tapmaq və Türkiyənin hava müdafiə sistemini real və davamlı güvənlik zəmanətinə çevirmək olacaq.