vaxtlı-vaxtında oxuyun! Cümə, 30 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
Qeyri-səlis yubiley təbriki ... 15:06 | 29 may 2025 | Cümə axşamı Məqaləyə 24 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qeyri-səlis yubiley təbriki ...

... Yaxud doğum günü riyaziyyatçılar üçün başlanğıc nöqtəsidir

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının dosenti Nəzakət Məmmədovanın ad gününə bir az riyazi, bir az yumorla təbrikəvəzi ...

Əziz Nəzakət xanım,

İnsanın yaşındakı iki rəqəm eyni vaxtda dəyişirsə, bu, riyazi mənada tam onluq bir mərhələ, həyat yolunda isə əlamətdar bir yubiley deməkdir.

Bu hadisə təbiətin, zamanın və insan həyatının harmonik təsadüfüdür, sanki həyatın öz riyaziyyatıdır.

Həyatını riyaziyyata, onun tədrisinə, elmi araşdırmalara və yeni nəslin formalaşmasına həsr etmiş zərif və incə bir qadın, fədakar ana üçün yubiley əslində ömrün baharı, zəhmət və zəkanın bayramıdır.

Yubiley geridə qalmış illərin cəmi, toplanan təcrübənin inteqralı, zəhmətin limiti, bəlkə də həyat funksiyasının infleksiya nöqtəsidir. Bu infleksiya nöqtəsindən sonra qarşıda uzanan çoxlu sabit artım intervalları var hələ.

Doğum günü riyaziyyatçılar üçün başlanğıc nöqtəsidir –

Həyat funksiyasının x=0 nöqtəsindən başlandığı andır.

Hər doğum günü başlanğıca qayıdış və funksiyanı yeni dəyərlərlə, yeni limitlərlə yenidən inteqrasiya etmək cəhdidir.

Yaşınızdakı rəqəmlər sadəcə ədədlər deyillər, onlar yadda qalan teoremlər kimidir – hər biri isbat edilmiş, nəticələri ilə formalaşmış bir ömrün mərhələsi kimidirlər;

Hər bir yaş – bir fəsil, bir nəticə, bəzən parlaq bir kəşf, bəzən də səbirli bir axtarışın zirvəsidir.

Əziz Nəzakət müəllimə,

Təqvimdə “doğum günü” adlanan bu nöqtədə Sizə qeyri-səlis dəqiqliklə mutluluqlar arzulayıram. Əgər mutluluq bir çoxluq olsaydı, nüvəsində Siz dayandığınız üçün onun maksimum üzvlük funksiyası Sizə aid olardı. Əgər istedad qeyri-səlis məntiqə əsaslansaydı, o zaman Sizin üzvlük funksiyanız yəqin ki, μ(x) = 1 olardı. Çünki həyatda da musiqidə olduğu kimi hər şey “0 və ya 1” olmur. Harmoniya aralıq dəyərlərdə, keçid notlarında, mikrotonal titrəyişlərdə doğulur. Siz bu aralıq halları yalnız anlayan deyil, həm də onları gözəlliyə çevirən insansınız.

Gözəllik, zəka, elmi dəqiqlik və musiqi duyumu arasında harmoniya qurmaq hər kəsin bacaracağı iş deyil. Riyaziyyatın sərt məntiqi ilə musiqinin incə melodiyalarını birləşdirən, minlərlə tələbənin sevimli müəllimi və ruhlandırıcısı olaraq Siz bu nadir vəhdəti həyata keçirmisiniz. Piano klaviaturası üzərindəki barmaqlarınız kimi fikirləriniz də kiçik qeyri-səlisliklərdən gözəlliklər yaradır.

Riyaziyyatda sərhədsiz dəqiqliyə can atmaq gözəldir. Amma ən önəmli olanı o dəqiqliyin içində insanı, hissi, incəliyi unutmamaqdır. Bunu bacarırsınız, düşüncələriniz təkcə məntiqin deyil, həm də qəlbin ritmi ilə danışır.

“Puankare hipotezi” kimi riyaziyyatın fəlsəfi dərinliyi ilə məşğul olmaq təkcə riyazi cəsarət deyil, həm də düşüncə azadlığının, intellektual səbrin göstəricisidir. Bu, sadəcə elmi maraq deyil, düşüncə sərhədlərinin fəthi, intellektual cəsarətin sübutudur. Arada ehtimal ki, həyat əyriniz təkcə real müstəvidən qaçıb çoxölçülü, fərqli topologiyalarda da davam edir...

Xoşunuza gələnlər başınıza, başınıza gələnlər xoşunuza gəlsin!

Sizə, ailənizə, sevdiklərinizə düşərli olsun bu yaşınız!

Yubileyiniz mübarək olsun!

Riyazi dəqiqlik və qeyri-səlis dərinliklə təbrik edirəm!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)