
Finlandiya sərhədində hərəkətlilik
Ukrayna müharibəsindən sonra NATO-ya daxil olan ölkə peyk görüntülərindən narahat olub
Ukrayna müharibəsindən sonra NATO-ya daxil olan ölkə peyk görüntülərindən narahat olub
Zelenskinin məktubunda Trampa nə yazılıb?
ABŞ Qara dənizə nəhəng kəşfiyyat təyyarəsi göndərib
Rusiya bu günə qədər Ukraynaya ən hücumu həyata keçirib
Rusiyada böyük türk hərəkatı ideyası
Kremlin şərtləri var
İşğalçı ordunun mülki avtobusu vurması nəticəsində 9 nəfər ölüb
Lavrovun hobbisi Hitlerdə də vardı...
... Və Trampın dəyişkən istəkləri
Zelenski Türkiyəni tərk edir
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları mətbuata qapalı olacaq
Rusiya təyyarəsi ölkəni həyəcan vəziyyətinə salıb
Zaxarova: “Ukraynanın nəyə və nə dərəcədə hazır olması İstanbulda bilinəcək”
Zelenskinin açıqlamasına Zaxarova zəhərini tökdü: “Fırıldaq sözünü kim deyir?”
“Sui-qəsd qorxusu Rusiya prezidentinin Kremldən çıxmağa qoymur”
Britaniya qəzeti Zelenskinin Putinə çağırışını “böyük qumar” adlandırıb
May ayının ortalarında İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları haqda açıq oturum üçün türk televiziya kanallarından birinə dəvət almışdım. Proqrama hazırlıq yapmalı, hər zamankı kimi bir sxem qurmalı idim. Ukrayna (Zelenski) “kor tutduğunu buraxmayan” kimi inad edir (və məncə, doğru edirdi), Rusiya (Putin) isə elə şeylər deyirdi ki, bir dediyi o birini tutmurdu.
Bu qarışıqlıqda Tramp dirijor ədası ilə səfərə çıxdığı Yaxın Şərqdə ard-arda trilyon (!) dollarlıq anlaşmalar imzalayırdı. Sanki ərəblərlə ticarət etməyə deyil, onlardan bac almağa gəlmişdi. Beynim, türkün sözü “karman çorman”dı. Bu qarma-qarışıqlığı nə ilə sahmana salım? Qarşıma Bethovenin Üçlü do major konserti (Triple Concerto in C Major, Op. 56) çıxdı. Gözəllər gözəli bu əsər o axşamkı ovqatıma uyğun deyildi. Amma gözüm Anna-Sofiya Mutterin adına sataşanda tərəddüd etmədən arxa fonu işə saldım…
Uğurlu olmaq üçün bir sıra kənar faktorların rolunu danmaq olmaz. Bu haqda çox deyilib, çox yazılıb. Lazımi anda lazımi yerdə olmaq ən mühüm amillərdən biridir. Bəzən məhz elə o an sayəsində insanın taleyi köklü şəkildə dəyişir. Bethovenin “bizdən olmayan” o musiqisini dinlərkən balaca alman qızının şansının necə “yavər getdiyi”ni xatırladım. Onun violinoda (skripka) ifasını bir təsadüf nəticəsində görkəmli dirijor, Vyana operasının bədii rəhbəri Herbert fon Karayan dinləyir. Bəyənir, 14 yaşındakı Anna-Sofiyanı Zalsburq festivalına aparır. İstedadlı qız 15 yaşında Karayanla Motsart konsertlərinin səs yazısını çıxarır, 17 yaşında Karnegi Holda Nyu York Filarmoniya orkestri ilə çıxış edir...
Bənzərsiz Zahra Guliyevaya yazıram: “Anne-Sophie Mutter -i bəyənirəm. Zövqüm pisdir, eləmi? Düzünü de...Dinləyibsənmi bu qadını? Karayanın yetişdirdiyi qızdır, daha doğrusu yol açdığı...”.
Çox gözlətmir musiqimizin Divası, cavabı belədir: “Bu konsertin eyni ifaçılar və Perelmanla yazısı var… uzun illər əvvəl… Mutter çox istedadlı və bəxti gətirənlərdəndir” (Bir də əlavə elədi ki, zövqüm yaxşıdır).
Köhnə dostuma yazacaqdım ki, bəli, Mutter istedadlıdır, bəyənirəm onu, amma sən ondan daha virtuoz, ondan daha zərifsən. Amma demədim, düşündüm ki, Bethovenin Üçlü Konserti haqda qısa bir şeylər söyləmək istəsəm, Zəhraya o yazıda cavab verərəm…
Üçlü konsert akademik musiqinin bir janrıdır.
Bu, üç solo alət və orkestr üçün konsertdir.
Adətən bəstəkarlar belə konsertləri violin, violonçel və fortepiano ilə orkestr üçün yazırlar.
Tez-tez müraciət olunan bir janr olmadığı üçün bu əsərlərin sayı çox deyil.
Onlardan ən məşhuru Lüdviq van Bethovenin violino, violonçel və fortepiano ilə orkestr üçün bəstələdiyi Do major Op. 56 konsertidir.
1803-cü ildə yazılmış bu əsər üç hissədən ibarətdir və əzəmətli, qəhrəmanlıq intonasiyalı sonata formasındadır. Onu ilk dəfə görkəmli bəstəkar Zubin Mehtanın dirijorluğu ilə İsrail Filarmoniyası orkestrinin ifasında dinləmişdim. Solistləri, xüsusilə də Pinxas Tsukermanı çox bəyənmişdim.
Violonçel solosu ilə başlayan ikinci hissədə (Largo) Bethovenin ilahi musiqisi “insanın ayağını yerdən üzüb buludların üstündə pambıq kimi uçurdur”. Amanda Forsaytın performansı haqda nəsə demək üçün sözlər yetərsizdir (Virtüoz ifaçını ilk dəfə görənlər gözlərinə inanmayacaqlar, onu violonçel arxasına keçən Ledi Qaqa zənn edəcəklər – o dərəcədə bir-birinə bənzəryirlər).
Violonçel Üçlü Konsertdə ön plandadır, Bethoven bu alətə tam hüquqlu solist statusu verib. Bu, dahi bəstəkarın bütün yaradıcılığında ilk və sonuncu dəfə idi. Violonçel ikinci hissənin xəyalpərəst, poetik ruhu üçün tam da aranan bir alətdir burada. Əsərin emosional özəyini məharətlə ifadə edən violonçel orkestri kübarca arxa plana itələyir, solistləri bir moderator kimi bir-biri ilə “danışdırır”, simlərə elə yumşaq toxunur ki, pianonu unutdurmur, ona da içini tökməyə bir para imkan verir…
Fasilə verib yazı masamdan qalxıram. TV-də yenə də Zelenski, Putin və Tramp arasında qiyabi söz duelindən danışırlar. Artıq bəllidir İstanbulda Rusiya və Ukrayna aşağı profilli məmurlarla təmsil olunacaqlar, dövlət başçıları bir yana, heç Xariciyyə nazirləri belə Türkiyəyə gəlməyəcəklər.
Yefim Bronfman, Pinças Zukerman və Amanda Forsayt ilə Anna-Sofiya Mutter, Daniel Barenboym və Yo-Yo Ma trioları arasında qalmışam. Dünyanın gözü isə Tramp, Zelenski və Putindədir. Qanı kəsmək, ədaləti bərpa etmək, işğal olunmuş torpaqları sahibinə geri vermək üçün zaman yetişməyib demək.
Savaş davam edəcəkdir anlamına gəlir hadisələr. Axşamın gec saatlarıdır. Otaqda Üçlü Konsertin 2-ci hissəsi səslənir. Anna Sofiya və Yo-Yo Ma-nın simli alətləri Barenboymun klaviatura üzərindəki sehrli gəzinmələri ilə Bethovenin ölməz musiqisini o qədər yüksəklərə ucaldırlar ki, xəyallar aləmində itib-batırsan…sanki musiqi notalardan deyil, həyatın şifrələri ndən ibarətdir, sanki o sehrli notaların şəfqətli əlləri saçımızı oxşayır, bizi arındıraraq təsəlli edir, ağuşuna alaraq məst edir…