Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:44 | 17 oktyabr 2025 | Cümə
Məqaləyə 3531 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Rusiya ilə İran arasında illərdir pərdəarxasında yığılan etimadsızlıq bu dəfə açıq səhnəyə çıxıb. Rusiya xarici işlər naziri Sergey Lavrov və İranın sabiq xarici işlər naziri Məhəmmədcavad Zərif arasında “snapback” (sanksiyaların avtomatik bərpası) mexanizminin mənşəyi barədə qarşılıqlı ittihamlar iki ölkə arasındakı “strateji tərəfdaşlığın” nə qədər kövrək olduğunu göstərdi.
Lavrov Moskvada verdiyi müsahibədə bildirib ki, “Biz hələ 2015-ci ildə xəbərdarlıq etmişdik ki, “snapback” mexanizmi İran üçün hüquqi tələ olacaq. Bu bənd birbaşa Cavad Zəriflə Con Kerri arasında razılaşdırılıb və məhz bu səbəbdən sonradan ABŞ-ın təzyiq alətinə çevrildi”.
Rusiyanın erməni naziri beləliklə, məsuliyyəti tam şəkildə İranın o dönəmki diplomatik heyətin üzərinə ataraq, Rusiyanı “xəbərdarlıq edən, lakin dinlənilməyən müttəfiq” kimi təqdim edib.
C.Zərif isə Təbriz Universitetində keçirilən toplantıda Lavrovun dediklərinə sərt reaksiya verib: “Lavrov həqiqəti gizlədir. “Snapback” nə mənim, nə də Kerrinin ideyası idi. Əksinə, bu mexanizmi Rusiya və Fransa gündəmə gətirdi. Biz çox çalışdıq ki, o, sazişdən çıxarılsın”.
O, həmçinin xatırladıb ki, İranın BMT Təhlükəsizlik Şurasındakı ən çətin dönəmlərində Rusiya Tehranı dəstəkləmək əvəzinə, bütün sanksiya qətnamələrinə müsbət səs verib və o zaman İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə də mane olub.
Zərifin sözlərinə görə, “Rusiya İranın dünya ilə normal münasibət qurmasından narahatdır. Onların “qırmızı xətti” – İranın təcriddən çıxmasıdır”.