
İtaliya Alp dağlarında faciəvi yay
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliya nəhəng layihəyə start verdi
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
İngiltərədən olan cütlük “1 avroya ev” aldı, xərcləri 40 min avronu keçdi
Minlərlə məhbus azadlığa buraxılacaq
Təyyarənin mühərrikinə sovruldu
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
Milanda asfalt əriyib
Ölkə sürətlə qocalır, işçi çatışmazlığı getdikcə artır
Lombardiya İtaliyanın şimal-qərbində, Alp dağları ilə Po çayının arasındakı vadidə yerləşən bölgədir. Paytaxtı Milan olan bu vilayət ölkənin 20 muxtar bölgəsindən biridir. Lombardiya (italyanlar vurğunu “i” hərfinin üzərinə vururlar) İtaliyanın qastronomi mərkəzi olmasa da Milan ən azı Bolonya və Neapol qədər yemək mədəniyyətinin önəmli mərkəzlərindən biridir.
Vilayətin dağlıq bölgələrində ət və Alp dağlarındakı göz yaşı kimi təmiz dağ çaylarının balıq yeməkləri ən populyar olanlarıdır. Lombardiyanın cənubunda isə ən məşhur yemək rizottodur. İtalyanca “Risotto” yazılıb “rizoto” kimi tələffüz edilən bu sözün kökü “düyü” anlamını verən “riso” sözündən gəlir. Dünya mətbəxinin ən önəmli yeməklərindən biri olan rizotto ət, toyuq ya da tərəvəz suyunda bişirilən bir növ bizim bildiyimiz düyü plovudur. Zatən italyanlar düyünü də ancaq rizottoda istifadə edirlər…
1993-cü ildi, Ankaraya yenicə köçmüşdüm. Mərhum anam ilk dəfə yanıma gələcəkdi – harada yaşayıram, nə yeyirəm, nə içirəm deyə bir növ təftiş etmək istəyirdi. Əvvəl düşündüm ki, Çankayadakı “Atakule” adlı qüllənin zirvəsindəki 360 dərəcə dönən restorana aparım onu. Ancaq anamın yüksəklik qorxusunu nəzərə alıb “yerdə” bir restorana getməyə qərar verdim. Şəhərin ən dəbdəbəli səmti sayılan Gaziosmanpaşada yeni italyan restoranının açılmışdı. Yer ayırdıb axşam yeməyinə ora getdik. Anam menyuya baxmadan ən sadə nə varsa ondan gətirmələrini istədi. Qarson da heç düşünmədən “Nə hazırladacağımı bilirəm” deyib, on dəqiqə sonra ikimizə də rizotto gətirdi. Anam bir yeməyə baxdı, bir də mənə – “Bu ki mənim bişirdiyim şilədir. Deyərdin evdə bişirərdim, daha bura nəyə gəlirdik ki”. Anam Bakıya qayıdanda bütün rəfiqələrinə danışmışdı ki, oğlum Ankarada məni restorana şilə yeməyə aparmışdı…
Rizotto mənim uşaqkən sevmədiyim, zorla yediyim, ancaq sonralar bayıldığım şilənin çox bənzər forması bir yeməkdir. Zamanla bir çox ölkədə rizottonun necə bəhbəhlə yeyildiyini, onun italyan mətbəxinin olmazsa olmazından biri olduğunu gördüm. Güman ki, italyan aşbazları onu şərabda bişirərək “şilə”ni “rizotto”ya çevirmiş, ona fərqli bir dad və məna yükləmişlər. Mən də indiyə kimi hər yerdə zarafatla deyirəm ki, italyanlar ən ləzzətli yeməklərini Qazaxdan götürüblər…
İstanbuldakı “Morini” restoranında içimdən bir sızıltı keçdi – anam düşdü yadıma...