Avropada nikahlar nəzarətə alınır
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
14:17 | 23 avqust 2025 | Şənbə
Məqaləyə 2165 dəfə baxılıb
Şriftin ölçüsü
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Emmanuel Makronun Avropa müttəfiqlərini Ukraynaya qoşun göndərməyə çağırmasının ardından İtaliyanın baş nazir müavini və infrastruktur və nəqliyyat naziri Matteo Salvini, Fransa prezidentinə “Özün get” mesajı göndərib.
Fransa Xarici İşlər Nazirliyi isə Salviniyə cavab olaraq Parisdəki İtaliya səfiri Emanuela D’Alessandronu çağırıb. Nazirlik, Salvini tərəfindən edilən “qəbulolunmaz şərhlərin” Fransa-İtaliya arasındakı tarixi münasibətlərə, qarşılıqlı etimada və Ukraynaya dəstək məsələsindəki yaxın əməkdaşlığa zidd olduğunu bildirib. Çağırış, Salviniyin açıqlamalarından bir neçə saat sonra edilib.
Salvini Makron haqqında nə dedi?
Salvini, Milanoda qatıldığı bir tədbirdə Makronu nəzərdə tutaraq: “Dəbilqəni, zirehini, tüfəngini götür və Ukraynaya get” deyib.
O, eyni zamanda ABŞ prezidenti Donald Trampın Ukrayna siyasətini dəstəklədiyini vurğulayaraq, Trampın “bəzən kobud və əsəbi görünən üsullarla da olsa, hamının uğursuz olduğu yerdə uğur qazandığını” bildirib.
Salvini Fransa prezidentinin təşəbbüslərini açıq şəkildə məsxərəyə qoyaraq, Avropa ordusu və ümumi müdafiə xərcləri ilə bağlı ideyaları “Makronat” adlandırıb.
İki lider arasındakı qarşıdurmalar
Makronla Salvini son illərdə dəfələrlə söz atışmalarına girib. Salvini 2018-ci ildən nazirdir, Makron isə 2017-ci ildən prezidentdir.
İtalyan siyasətçi Fransa liderini dəfələrlə “müharibə çığırtkanı”, “ikiüzlü”, “boşboğaz”, “şampan içkisinə düşkün, özündənrazı bir cənab” adlandırıb.
Mart ayında isə Salvini, Makronun Avropa ordusu təşəbbüsünə istinad edərək, “nüvə müharibəsindən danışan dəli Makronun rəhbərlik etdiyi bir Avropa ordusu heç vaxt olmayacaq” demişdi.
İtaliyanın baş naziri Corciya Meloni də Makronun Fransanı idarə etdiyi qısa müddətə “mənalar yükləməyə çalışdığını” bildirib və Fransanın nüvə çətirinin Ukraynaya verilməsi ideyasını rədd edib.
Salvini iyun ayında da Makrona oxşar sözlər ünvanlamışdı: “Dəbilqəni tax, döyüşə get və mənimlə məşğul olma”.