
“Fitch” və “S&P”dən bədbin proqnoz
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” ABŞ-ın uzunmüddətli kredit reytinqini “AA+” səviyyəsində təsdiqləyib. Agentliyin açıqlamasında qeyd olunub ki, ölkənin reytinq perspektivi “stabil” olaraq müəyyənləşdirilib.
Açıqlamada vurğulanır ki, ABŞ böyük iqtisadiyyatı, yüksək adambaşına gəliri, dinamik biznes mühiti və maliyyə elastikliyi hesabına üstünlüklərə malikdir. Lakin eyni zamanda yüksək büdcə kəsirləri, faiz yükünün artması və dövlət borcunun yüksələn səviyyəsi reytinqi məhdudlaşdıran əsas amillər kimi göstərilib. ABŞ hökumətinin artan borc yükü, böyük büdcə kəsirləri və yaşlanan əhali ilə bağlı yaxın illərdə xərclərin artmasını kompensasiya etmək üçün ciddi addımlar atmadığı da bildirilib.
Agentlik Donald Tramp administrasiyasının vergi endirimləri, gömrük rüsumlarının artırılması, qanunsuz miqrantların deportasiyasının genişləndirilməsi və federal tənzimləmələrin azaldılması kimi siyasətlərinə də diqqət çəkib.
2025-ci ildə 250 milyard dollarlıq gömrük gəliri gözlənilir
Məlumatda bildirilib ki, ABŞ-ın 2024-cü ildə ÜDM-in 7,7%-i səviyyəsində olan ümumi dövlət büdcə kəsirinin 2025-ci ildə 6,9%-ə enəcəyi proqnozlaşdırılır. Bunun əsas səbəbi gəlirlərin ciddi artımıdır.
Ölkədə ötən ilin sonunda 2,3% olan orta gömrük rüsumlarının avqust ayından etibarən 16%-ə qalxdığı xatırladılaraq, gömrük gəlirlərinin 2024-cü ildə 77 milyard dollardan 250 milyard dollara yüksələcəyi qeyd olunub. Bununla yanaşı, dövlət büdcə kəsirinin 2026-cı ildə ÜDM-in 7,8%-nə, 2027-ci ildə isə 7,9%-nə çatacağı açıqlanıb. ABŞ borcunun ÜDM-ə nisbətinin 2024-cü ilin sonundakı 114,5%-dən 2027-ci ilin sonunda 124%-ə yüksələcəyi proqnozlaşdırılır.
“Fitch”in açıqlamasında qeyd olunub ki, ABŞ-ın artan borc tendensiyası ölkənin gələcək iqtisadi şoklara qarşı dayanıqlığını zəiflədir. Həmçinin Prezident Tramp administrasiyasının ABŞ Federal Ehtiyatlar Sistemi (Fed) rəhbəri Cerom Pauellə və Əmək Statistikası Bürosunun rəhbərinin istefası ilə bağlı sərt mövqeyi iqtisadi göstəricilərə və pul siyasətinə siyasi müdaxilə ilə bağlı narahatlıqları artırır.
Bununla yanaşı, ABŞ-ın yüksək borc yükünə rəğmən, dolların beynəlxalq rezervlərdəki dominant mövqeyi ölkəyə güclü maliyyələşmə elastikliyi verir. Dollar beynəlxalq ticarət, ödənişlər və maliyyə bazarlarında əsas valyuta olaraq qalır.
Faiz dərəcələrinə proqnoz
Açıqlamada deyilir ki, yüksək gömrük rüsumları, hökumət xərclərinin azaldılması, sərt sərhəd nəzarəti və deportasiyaların artması, eləcə də siyasətdə qeyri-müəyyənliklər istehlak xərcləri və biznes investisiyalarını zəiflədir.
ABŞ iqtisadiyyatının 2024-cü ildə 2,8% artdığı, lakin 2025-ci ildə bu artımın 1,5%-ə qədər yavaşlayacağı gözlənilir. Politika qeyri-müəyyənliyi, inflyasiyanın yüksəlməsi, faizlərin uzun müddət yüksək qalması və əmək bazarının zəifləməsi nəticəsində 2026-cı ildə də iqtisadi artımın 1,5% səviyyəsində olacağı qeyd olunub. 2027-ci ildə isə iqtisadi artımın 2,1%-ə yüksələcəyi ehtimal edilir.
“Fitch”ə görə, ABŞ-da bu il 25 baza bəndi həcmində bir faiz endirimi, 2026-cı ildə isə üç faiz endirimi gözlənilir. İnflyasiyanın ilin sonunda 3,8%-ə yüksələcəyi ehtimal olunur. Gömrük rüsumlarının artımının malların qiymətlərinə təsiri məhdud qalsa da, orta müddətli inflyasiya təzyiqləri Federal Ehtiyatlar Sisteminin daha ehtiyatlı davranmasına səbəb olacaq.