
Qəza enişi ilə başlanan işğal
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
Sovet rejiminin qaçılmaz sonunu gətirən və 22 il dözülən istibdad
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
Tarixi faktlar və ideoloji əsaslar
... Ucuz və sonsuz insan resursu
Rusiya – faşistlərin işğal etdiyi ölkəni xatırladan dövlət
Yaxın xaric ölkələrdə qiymətlər necə artacaq?
Bundan sonra nə olacaq?
İnsanlar, şirkətlər və dövlətlər nəyə hazır olmalıdırlar?
Sovet ittifaqındakı sənayeləşmənin əsasını “Fordun memarı” qoyub
... Yaxud qırmızı imperiyanın boz adamları
Baltikyani ölkə modern dünya ilə ayaqlaşır
KQB növbəti nəsil agentlər üçün sənədlər şəbəkəsi hazırlayıb
Tarix təkrar olunur, hər şey plan üzrə gedir
... Yaxud Putin SSRİ xülyasından ayrılmayıb
Soyqırımı, repressiya, işğal, talan, torpaq ilhaqı və daha nələr ...
Tarixin düzgün tədris və təbliğ edilməməsinin acı nəticəsi...
Bu gün bəşəriyyət tarixində rus xalqının adına yazılmış qara ləkələrdən biri olan “Molotov -Ribbentrop” və ya tarixə Stalin-Hiter sazişi kimi düşmüş anlaşmanın imzalandığı gündür.
Əslində 2-ci dünya müharibəsinin başlanğıcında faşist Almaniyası ilə Sovet İttifaqı arasında gizli anlaşma mövcud idi. 1939-cu il 23 avqustda imzalanmış “Molotov–Ribbentrop” paktı və onun gizli protokolu Avropanın xəritəsini bölüşdürmək planını təsdiqləyirdi. Bu gizli saziş Polşanın faciəsinə yol açdı. 15 sentyabrda alman bombardmanına məruz qalan Polşa, SSRİ və Almaniya tərəfindən işğal edildi. Daha sonra Stalin polyak zabitlərinin və ziyalılarının güllələnməsi barədə gizli əmr imzaladı. Smolensk yaxınlığındakı Xatın meşəsində 20 mindən çox polyak zabiti və ziyalısı sovet cəlladları tərəfindən qətlə yetirildi. Bu cinayət 50 il gizlədildi və yalnız 1991-ci ildə Boris Yeltsin həmin sənədi Polşa prezidentinə təqdim etdi.
Almaniya Şərqi Avropanı işğal edərkən, Stalin də Baltikyanı ölkələri – Latviya, Litva, Estoniyanı “könüllü” adı altında SSRİ-yə birləşdirdi. Britaniya və Fransanın hərəkətsizliyindən istifadə edən Hitler ardıcıl olaraq Danimarka, Norveç, Belçika, Niderland, Rumıniya, Bolqarıstan, Macarıstanı işğal etdi və ya özündən asılı vəziyyətə saldı. Müharibədən əvvəl isə Çexoslovakiya və Avstriya artıq Almaniyanın nəzarətində idi.
1940-cı il 10 mayda başlayan hücum iyunun 22-də Fransanın kapitulyasiyası ilə nəticələndi. Hitler fransızları 1918-ci ildə Almaniyanın təslim olduğu Kompyen meşəsindəki vaqonda alçaldıcı barışıq sazişinə imza atmağa məcbur etdi. Bundan sonra Hitler Britaniyanı da məğlub etməyə çalışsa da, Çörçillin möhkəm mövqeyi və güclü donanma buna imkan vermədi.
1941-ci il 22 iyunda Hitler SSRİ-yə hücuma keçdi. 153 alman diviziyası 3 milyon əsgər, 3000 tank və 3000 döyüş təyyarəsi ilə sərhədi keçdi. İlk iki həftədə yarım milyona yaxın sovet əsgəri əsir götürüldü və ya öldürüldü. Hitler SSRİ-ni dörd aya zəbt etməyi planlaşdırırdı, lakin plan baş tutmadı. Rixard Zorgenin Yaponiyanın hücum etməyəcəyi barədə məlumatı əsasında Sibirdəki diviziyalar Moskva cəbhəsinə gətirildi və 1941-ci ilin dekabrında almanlar geri oturduldu.
1942-ci ildə almanlar Stalinqrad uğrunda müharibəyə başladılar, lakin 1943-cü ilin yanvarında feldmarşal Fridrix Paulsun rəhbərlik etdiyi 6-cı alman ordusu mühasirədə məğlubiyyətə uğradı. Ardınca 1943-cü ilin iyulunda tarixə “tanklar savaşı” kimi düşən Kursk döyüşü də SSRİ-nin qələbəsi ilə bitdi. Bundan sonra sovet ordusu hücuma keçərək 1944-cü ildə Ukrayna və Belarusu azad etdi və Şərqi Avropada irəlilədi.
Hitlerin “1000 il” yaşatmaq istədiyi üçüncü reyx cəmi 12 il davam etdi. Almaniyanın işğal etdiyi ölkələrdə milyonlarla insan qətlə yetirildi. Faşist düşərgələrində on iki milyondan çox insan – yəhudilər, slavyanlar, romanlar və digərləri məhv edildi. Almaniya müharibədə 13,7 milyon insan itirdi, SSRİ isə 25 milyon vətəndaşını qurban verdi.
Azərbaycan xalqı da bu müharibədə böyük töhfə verdi. Bakı nefti sovet tanklarını və təyyarələrini yanacaqla təmin edirdi. 1941-ci ildə SSRİ-də istehsal olunan 33 milyon ton neftin 23,6 milyon tonu Azərbaycanın payına düşürdü. Aviasiya benzininin 88 faizi Bakıda istehsal edilirdi. Ölkədə “YAK-3” təyyarələrinin istehsalına başlanmış, “Katyuşa” qurğularının bir hissəsi Bakıda yığılmışdı. Azərbaycan xalqı cəbhəyə 15 kq qızıl, 952 kq gümüş və 320 milyon rubl göndərmişdi. 650 mindən çox azərbaycanlı müharibədə iştirak etmiş, onlardan 350 mini geri qayıtmayıb.