Trampdan gözlənilməz qərar
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
11:07 | 7 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 410 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Dünən İranın xarici işlər naziri Abbas Araqçı Rio-de-Janeyroda keçirilən BRİCS sammitində çıxışı zamanı deyib ki, İranın nüvə obyektlərinə edilən hücumlar “Nüvə Silahlarının Yayılmaması” Müqaviləsi və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.
“Bizim nüvə proqramımız hər zaman “dinc xarakter” daşıyıb və MAQATE-nın ciddi nəzarəti altında olub”, – deyə, nazir vurğulayıb və BRİCS ölkələrinə dəstəyə görə təşəkkür edib.
Araqçı “təqsirkarların (ABŞ və İsrail) məsuliyyətə cəlb edilməsi üçün bütün pozuntuları sənədləşdirməyə söz verib və qeyd edib ki, bu cür addımların nəticələri bütün beynəlxalq hüquq sistemini sarsıdır”.
Mən İranın beynəlxalq hüququ pozmalarına dair bəzi faktları sadalayım, bu faktlar olduğu halda nə üçün tez-tez beynəlxalq hüquqdan söhbət açır?
1. Ukrayna sərnişin təyyarəsinin vurulması (PS752, 2020)
İran Hava Hücumundan Müdafiə Sistemi 2020-ci ilin yanvarında Ukraynanın PS752 reysi ilə uçan Boeing 737 təyyarəsini vuraraq 176 nəfərin ölümünə səbəb oldu. Bu, mülki aviasiyanın toxunulmazlığına dair 1944-cü il Çikaqo Konvensiyasının və beynəlxalq humanitar hüququn pozulmasıdır.
2. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və hərbi fəaliyyətlər və bir-neçə il əvvəl Azərbaycanın hava məkanını İran qırıcıları tərəfindən dəfələrlə pozulması.
İran uzun illər Ermənistanın nəzarətində olan Azərbaycan torpaqlarına qeyri-qanuni ticarət, enerji resurslarının istifadəsi və dini-mədəni ekspansiya həyata keçirməklə BMT qətnamələrinin (822, 853, 874, 884) və Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına şərait yaradıb.
3. ABŞ diplomatlarının girov götürülməsi (1979)
Tehrandakı ABŞ səfirliyinə hücum və 52 amerikalı diplomatın 444 gün girov saxlanılması, Vyana Konvensiyasının (1961) açıq şəkildə pozulması idi.
4. Hörmüz boğazında beynəlxalq ticarət gəmilərinə hücum (2019)
İran İnqilab Keşikçiləri Hörmüz boğazında bir neçə neft tankerinə hücum edərək BMT Nizamnaməsinin 2(4)-cü maddəsini və UNCLOS (Dəniz hüququ üzrə konvensiya) prinsiplərini pozdu.
5. Suriyada və Yəməndə silah embarqosunun pozulması
İran BMT qətnamələrinə zidd olaraq Husilərə və Suriyada hökumət qüvvələrinə raket və dron texnologiyası ötürüb. (Xüsusilə BMT TŞ-nin 2216 və 2231 saylı qətnamələrinin pozulması)
6. Ballistik raket və nüvə proqramı
İran BMT TŞ-nin 2231 saylı qətnaməsi qüvvədə olarkən ballistik raket sınaqlarını davam etdirib ki, bu da həmin qətnamənin “nüvə başlıqları daşıya biləcək raketlərin hazırlanmasına dair” müddəalarına ziddir.
İranın atom proqramı da MAQATE ilə imzalanmış razılaşmaya ziddir.
7. Avropada müxaliflərə qarşı sui-qəsd planları
İran təhlükəsizlik xidmətlərinin Avropa ölkələrində müxalifətçilərə qarşı sui-qəsd planlaşdırması və hücumları digər ölkələrin suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. (Məsələn, Fransa – 2018-ci il MEK mitinqinə hücum planı)
8. İraq və Pakistan ərazilərinə hücumlar (2023)
İranın İraq Kürdüstanı və Pakistan ərazisindəki qruplara qarşı raket hücumları bu ölkələrin ərazi bütövlüyünə və BMT Nizamnaməsinə ziddir.
9. Rusiyaya kamikadze PUA-ların göndərilməsi (2022-2023)
İranın Rusiyaya "Shahed-136" tipli piloysuz uçuş aparatları (PUA) verməsi və bunun Ukraynada istifadəsi beynəlxalq sanksiyaları və silah embarqosunu pozur.
10. İnsan hüquqlarının sistemli pozulması
İranda qadınlara qarşı ayrı-seçkilik, etirazçılara qarşı ölüm cəzası və zorakılıq BMT-nin İnsan Hüquqları üzrə Beynəlxalq Sazişləri və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini pozur.