
Tramp yeni sanksiyaları hərəkətə gətirir
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
Çipin üstündəki gözlər
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Şimal küləyi Moskvaya və gizli Tehrana Bakıdan əsir
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq!”
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Çin malını Avropaya çatdırmaq üçün 3 yol var:
Şimal dəhlizi – Çin → Qazaxıstan → Rusiya → Belarus → Avropa.
Cənub dəhlizi – Çin → Qazaxıstan → Türkmənistan → İran → Türkiyə → Avropa.
Orta dəhliz – Çin → Qazaxıstan → Xəzər dənizi → Azərbaycan → Gürcüstan → Türkiyə → Avropa.
Şimal və Cənub dəhlizlərində ciddi problemlər var:
Sanksiyalar: Rusiya və İrana tətbiq edilən sanksiyalar Çin məhsullarını risk altına salır.
İnfrastruktur: Hər iki ölkədə yollar, bank sistemi və təhlükəsizlik bərbad vəziyyətdədir.
Logistika: Rusiya və İran üzərindən daşımalar effektiv deyil.
Beləliklə Çin diqqətini Orta Dəhlizə yönəldib. Bu yol 3 seçim içində ən sabit, modernləşdirilmiş və təhlükəsiz marşrutdur.
Azərbaycan kimi kiçik bir ölkənin prezidentinin Çində ailəvi qarşılanması, rəsmi törənlər, elə bir səviyyədə gerçəkləşdi ki, İran kimi nəhəng, tərəfdaş ölkənin prezidentlərini o cür qarşıladıqlarını xatırlamıram.
Çin bir tərəfdən Uyğur bölgəsini dünyadan təcrid etməyə çalışsa da, Urumçi ilə Naxçıvanın “qardaşlaşması”na yaşıl işıq yandırdı. Çində 900-ə yaxın şəhər var, başqasını da seçə bilərdilər. Simvolik olsa da, bu addımla Çin Azərbaycana inandığını bildirmək istədi.
Beləcə Çin, Qazaxıstan və Azərbaycanla strateji təhlükəsizliyini təminat altına alır. Bizim kimi müsəlman ölkələrdə rejimlər nadir hallarda dəyişir, bu da uzunmüddətli müqavilələr üçün ideal şərait yaradır.
Qalır Gürcüstan – sabah inqilab olsa, Saakaşvili kimi yenə Qərb yönlü biri hakimiyyətə gələ bilər. Ona görə də Çinə, Azərbaycandan o tərəfdə ikinci bir alternativ lazımdır. Bu alternativ də Zəngəzur dəhlizidir.
Qarabağ savaşından bəri “Zəngəzur dəhlizi” gündəmdən düşmür. Yağlı müştərisini itirən İranın narahatlığı, Qərbə meylli Ermənistanın nazı və dəhliz ətrafındakı siyasi oyunlar, küsüşmələr - barışmalar hamısı Çinlə Avropa arasındakı əlaqələrin gələcəyi üzərində cəmlənib.