
Xruşşovun baş tutmayan “DineyLand” istəyi
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
Tarixi faktlar və ideoloji əsaslar
... zəhərli siyasət
Kremlin Mariya Zaxarovanı Bakı və İrəvanın üzərinə qısqırtması acı gülüş doğurur...
Rusiyadan Azərbaycana qarşı yeni isteriya başlayıb
Putin səhvlərinin bədəlini ödəməyə hazır olmalıdır
... Ucuz və sonsuz insan resursu
Rusiya – faşistlərin işğal etdiyi ölkəni xatırladan dövlət
Yaxın xaric ölkələrdə qiymətlər necə artacaq?
Bundan sonra nə olacaq?
İnsanlar, şirkətlər və dövlətlər nəyə hazır olmalıdırlar?
Sovet ittifaqındakı sənayeləşmənin əsasını “Fordun memarı” qoyub
... Yaxud qırmızı imperiyanın boz adamları
Baltikyani ölkə modern dünya ilə ayaqlaşır
KQB növbəti nəsil agentlər üçün sənədlər şəbəkəsi hazırlayıb
Tarix təkrar olunur, hər şey plan üzrə gedir
Rusiya imperiya ambisiyalarını davam etdirir.
2025-ci ilin mayında Sankt-Peterburqda keçirilən hüquq forumunda Putin müşaviri Anton Kobyakov SSRİ-nin dağılmasını “qanunsuz” adlandırdı və Belovej sazişinin hüquqi qüvvəsini şübhə altına aldı. Bu, sadəcə tarixə münasibət deyil – Rusiya imperiya iddialarını açıq şəkildə bəyan edir. Kobyakov sıradan biri deyil, bu şəxs Rusiya prezidentinin müşaviridir.
Ukrayna, Gürcüstan və Moldovaya edilən müdaxilələr göstərir ki, Moskva keçmiş SSRİ ölkələrini yenidən nəzarətə almağa çalışır. Bu isə o deməkdir ki, Azərbaycan da daxil olmaqla bütün müstəqil respublikalar real təhdid altındadır.
Qeyd: Ukraynanın NATO-ya yaxınlaşmaq istəyi tam haqlı imiş. Rusiyayla qonşu olan ölkələr üçün NATO kimi təhlükəsizlik çətiri həyati zərurətdir.
Biz ayıq olmalı, suverenliyimizi və azadlığımızı qorumaqda qətiyyətli olmalıyq.
Videodakı mətnin tərcüməsi belədir:
“SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə 1922-ci ildə yaradılıb, buna görə də onun ləğvi də həmin orqanın qərarı ilə baş verməli idi. SSRİ dağıdılarkən hüquqi prosedur pozulduğu üçün SSRİ mövcuddur . Konstitusiya hüququ mütəxəssisləri hər halda bu qənaətə gəliblər. 1991-ci il 8 dekabr tarixdəki Belovej razılaşması hüquqi cəhətdən çox qəribə görünür, sonradan bu sazişi RSFSR, USSR və BSSR respublikalarının ali sovetləri ratifikasiya etsələr də bunun üçün səlahiyyətləri olmayıb.
Beləliklə, əgər SSRİ buraxılmayıbsa, deməli Ukrayna krizisi daxili prosesdir.
Buna görə də artıq məsələnin müzakirəsinə bizim iştirakımızla Peterburq Beynəlxalq Hüquq forumunda başlanılıb.
Qoy bu akta konstitusiya hüququ mütəxəssisləri hüquqi qiymət versinlər. SSRI-nin dağılmasına hüquqi qiymət verilməlidir, o bizə bugünkü hadisələrə də aydınlıq gətirməkdə kömək edəcək”.