
53 yaşlı zərif cəngavər
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
Ukrayna Baş Kəşfiyyat idarəsi Ukrayna konstruktorlar tərəfindən modernləşdirilən “S-200” zenit-raket kompleksi təqdim edilib. Bu artıq Rusiya ilə döyüş şəraitində uğurla sınaqdan keçirilib. Ukrayna ordusu yeni “S-200” sayəsində “A-50” və “TU -22M3” strateji bombardmançı təyyarəsini məhv etmişdi.
Sovet İttifaqı tərəfindən uzaq mənzilli hava hədəflərinə qarşı hazırlanmışdı və onun ən məşhur versiyası olan “S-200V” “Vega” əsasən strateji bombardmançı təyyarələrin vurulması üçün istifadə olunurdu. Bu kompleks yarımaktiv radar tuşlama sistemi, analoq idarəetmə və 240–250 km-ə qədər hədəf vurma məsafəsinə malik idi. Ukrayna bu sistemi müasir tələblərə uyğun olaraq modernləşdirib və onun imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Modernizasiya nəticəsində sistem rəqəmsal idarəetmə və müasir radarlarla təchiz edilib, bəzi raketlərə GPS əsaslı yönləndirmə funksiyası əlavə olunaraq yerüstü hədəflərin də vurulması mümkün hala gətirilib. Eyni zamanda, dəqiqlik və döyüş səmərəliliyi yüksəlib və Ukrayna bu sistemləri Rusiya ilə müharibə zamanı real döyüş şəraitində uğurla tətbiq edib. Beləliklə, əvvəllər yalnız müdafiə məqsədilə istifadə olunan bu kompleks, indi həm müdafiə, həm də strateji hücum vasitəsi kimi çıxış edir.