İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
07:40 | 16 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 296 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Neft qiymətləri kəskin yüksəldi
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
Son günlər İsrailin İranın Təbriz şəhərinə endirdiyi hava zərbələri Azərbaycanda birmənalı qarşılanmayıb. Xüsusilə Təbriz kimi xalqımızın tarixində və qəlbində mühüm yer tutan bir şəhərin adının bu cür hərbi xəbərlərlə gündəmə gəlməsi çoxlarını narahat edib. Lakin mövzuya emosional yox, faktlara əsaslanaraq baxsaq görərik: İsrailin hədəfi nə Təbriz xalqı, nə də şəhərin tarixi-mədəni irsidir – hədəf İranın hərbi infrastrukturu və təhdid yaradan obyektləridir.
Hədəf nədir? Kim vurulub?
İsrailin hücum etdiyi obyektlər aşağıdakılardır:
Təbriz hərbi hava bazası – İran Hərbi Hava Qüvvələrinin əsas bölgə mərkəzlərindən biri.
PUA və raket bazaları – İranın regionda (xüsusilə İsrailə qarşı) istifadə etdiyi pilotsuz uçuş aparatları və raket sistemləri.
Raket nəqliyyatı və silah saxlanma infrastrukturuna dəqiq zərbələr.
Bu hücumlar zamanı mülki əhali və obyektlər hədəf alınmayıb. Zərbələr texnoloji baxımdan yüksək dəqiqliklə həyata keçirilib.
Mülki hədəflərə hücum yoxdur – müqayisə üçün misallar
İsrailin bu cür seçici və dəqiq zərbələri bir çox başqa münaqişələrlə müqayisədə fərqlənir.
Sual: Əgər Azərbaycan İranla müharibə etsə, Təbrizdəki hərbi obyektlərə zərbə endirməyəcəkmi?
Bəziləri deyə bilər: “Təbriz bizim şəhərimizdir, oraya necə zərbə vurular?”
Amma gəlin bu sualı açıq şəkildə verək:
Əgər sabah İran Azərbaycanın sərhədini keçsə, bizim əsgərlərimizə hücum etsə, Təbrizdə yerləşən və o hücumda iştirak edən hərbi bazalara Azərbaycan Ordusu zərbə endirməyəcəkmi?
Əlbəttə ki, edəcək. Çünki milli təhlükəsizlik, ərazi bütövlüyü və dövlətin müdafiəsi hər şeydən üstündür. Heç bir dövlət – hətta qardaş xalq yaşayan bir şəhərdə belə – ona yönəlmiş hərbi təhdidə göz yuma bilməz.
İsrailin də etdiyi budur. İran rejiminin ona qarşı yönəlmiş silah və infrastrukturunu hədəf alır.
İsrailin Təbrizə zərbəsi Azərbaycan xalqına qarşı deyil. Bu, İranın özünün regionda yaratdığı hərbi təhdidlərə qarşı atılmış cavab addımıdır. Hücum yalnız və yalnız hərbi obyektlərə qarşı yönəlib, mülki əhali və mədəniyyət heç bir şəkildə hədəf alınmayıb.
Unutmayaq: Biz duyğularla deyil, faktlarla və milli maraqlarla düşünməliyik.
Ən sonda: Hər dəfə fars-molla rejimini devirmək üçün ayağa qalxan xalq azadlıq hərəkatını boğmaq üçün rejim nə qədər insani gülləbaran edir, edam edir. Bu rejimin devrilməsi üçün xalq illərdir qurbanlar verir. Söhbət rejiminin yıxılmasına yönəlik istənilən zərbədən gedirsə, molla rejiminin əsarətində qalan İrandakı bütün xalqların mənafeyinə uyğundur.