İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
2023-cü il 27 yanvarda Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən Yasin Hüseynzadə barəsində edam qərarı verildiyi və qərarın mayın 21-i səhər saatlarında icra edildiyi bildirilir. Edam hökmü gecikmiş də olsa icra edildi. Əslində İran tərəfi bu hökmün icrasını Azərbaycan prezidenti israrla tələb etdikdən sonra həyata keçirdi.
Xatırladım ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Terror hücumunu diplomatik korpusun nəzarət kameralarının qeydə aldığı 3 məqam diqqət çəkir. Gözlədim ki, bəlkə media orqanları bu məsələ haqqında yaza, amma təəssüf ki, bu məsələyə toxunan olmadı. Əksinə pultu İranda olan trollar sosial şəbəkələrdə aktiv şəkildə İranın edam hökmünü yerinə yetirdiyi üçün Azərbaycanın boynuna minnət qoymağa başladılar.
İranın Azərbaycandakı trolları bu üç məqama aydınlıq gətirsinlər.
1. Terrorçunun diplomatik korpusa yaxınlaşarkən gözətçi İran polisinə salam verməsi və dərhal İran polisinin heç bir tədbir görmədən gözətçi postunu tərk etməsi.
2. Terrorçunun səfirliyə məxsus avtomobilə yandırıcı maddə atarkən özünün alışması və iran polislərinin ona yaxınlaşaraq onu paltarının alovunun söndürməsi.
3. Bir də əlavə olaraq İran post patrul maşını bir-neçə polislə terrorçuya yaxınlaşaraq qısa söhbətdən sonra yenidən ərazini tərk etməsi.
Hər üç kadrı kəsərək paylaşıma əlavə etmişəm.
Görəsən istintaq bu polislərini nə üçün istintaqa cəlb etmədi?
Deməli əsas sifarişçi cəzalandırılmadı. İstintaq ədalətsiz keçirildi.
Yuxarıda qeyd etdiyim 3 hala aydınlıq gətirə bilən varsa buyursun .