
Dalana dirənən atəşkəs
Sülh prosesinin ləngiməsi isə müharibə qaydalarını dəyişdirmir
Sülh prosesinin ləngiməsi isə müharibə qaydalarını dəyişdirmir
Trampın başı daxili düşmənlərə qarışıb
Rusiya, Çin, Şimali Koreya və İranın tədqiqatları ciddi narahatlıq doğurur
Uğurlu nəticə şərtlərdən və razılaşdırılacaq mexanizmlərdən asılı olacaq
İsveçrədən Rusiya KİV-lərinə qarşı sanksiyalar
Lotereyada 36 milyon qazandı
Gürcü nazir Rusiyadan ATƏT-ə şikayət etdi: “Ərazi bütövlüyümüzü pozurlar”
Hərbi ekspert tarix verdi
Rusiya ilə Almaniya arasında “müharibə” təhlükəsi
... Yaxud sonu görünməyən danışıqlar
Vaşinqton işə yaramayan vasitəçiliklə məşğul olmaq istəmir
ABŞ və Rusiya arasında müharibənin əsasları qoyulur
“Ekstremistləri məhv etmək, fələstinli qrupları qovmaq”
Vahid Avropa ordusu – mif, yoxsa reallıq?
25 min obyektin şəklini çəkmək qadağan olunub; cərimə və həbs təhlükəsi
İnterpolun axtarışında, ABŞ-ın sanksiyaları altında olan Şorun sxemi
Rusiya iqtisadiyyatı 2022-ci ildən bu yana ağır sanksiyalar, hərbi əməliyyatlar və geosiyasi təcridə baxmayaraq müəyyən artım tempini qoruyub saxlamağa çalışır. Rəsmi statistik məlumatlara əsaslanaraq, bu “dirçəlişin” əsas mənbələrinin və onun arxa planındakı risklərin analizinə ehtiyac var. Eyni zamanda, Rusiya ilə müqayisədə Avropa Birliyi ölkələrinin iqtisadi dayanıqlılığına da diqqət yetirmək vacibdir.
İqtisadi artımın arxasında nə dayanır?
Rusiya 2022-ci ildə ÜDM-də cəmi 1.2 faiz azalma yaşayıb, 2023-cü ildə isə 3.6 faiz artım qeydə alınıb. Bu rəqəmlər ilk baxışdan “sabitlik” təsiri yaratsa da, artımın strukturuna nəzər saldıqda, bu yüksəlişin əsasən hərbi sənaye və dövlət müdaxilələri sayəsində baş verdiyi ortaya çıxır. Rusiya 2023-cü ildə hərbi xərclərə 109.5 milyard dollar ayırıb və bu, faktiki olaraq iqtisadiyyatı “hərbiləşdirib”. Bu növ artım davamlı deyil və vətəndaş sektorunu sıxışdıraraq gələcəkdə ciddi tənəzzül riski yaradır.
Rubl və inflyasiya reallıqları
Rublun ABŞ dollarına nisbətdə dəyişməsi Rusiyanın valyuta bazarının nə qədər kövrək olduğunu göstərir. 2022-ci ildə 1 dollar 120 rubl səviyyəsinə düşən valyuta, süni müdaxilələrlə 51 səviyyəsinə qədər qalxsa da, 2023-cü ilin sonlarında 90 rubla qədər zəifləyib. İnflyasiya isə 2022-ci ildə 12 faiz, 2023-cü ildə isə 7.4 faiz olub. Yəni rəsmi artımın əhalinin rifahına təsiri məhdud olub. Son zamanlar rublun dollara nisbətdə artımı isə Trampın səmərəsiz iqtisadi müharibəsi nəticəsində dolların beynəlxalq aləmdə dəyər itirməsi nəticəsində baş verən qısamüddətli prosesdir.
Maşınqayırma və aviasiya sənayesinin böhranı
Rusiya maşınqayırma sənayesində idxaldan asılılıq 2022-ci ilin məlumatlarına görə 90 faiz səviyyəsində olub. Bu sahə Qərb texnologiyalarına güclü şəkildə bağlı olduğundan, sanksiyalar nəticəsində istehsal dayanıqlığını itirib. Aviasiya sənayesində isə daha kəskin böhran yaşanır: Rusiya 2024-cü il üçün planlaşdırdığı 108 sərnişin təyyarəsindən yalnız 7-ni istehsal edə bilib ki, bu da 95 faiz hədəf sapması deməkdir. Həmçinin texniki nasazlıqlar və təhlükəsizlik problemləri hava nəqliyyatında ciddi böhrana səbəb olub.
Avropa Birliyində durum
Avropa Birliyi ölkələri, xüsusilə Almaniya və Fransa, enerji qiymətlərinin qalxması və Ukrayna müharibəsinin təsiri ilə 2023-cü ildə iqtisadi çətinliklərlə qarşılaşıblar. Lakin Avrozonada inflyasiya 2023-cü ilin sonuna doğru 2.9 faizə qədər endirilib, iqtisadi stabillik üçün ciddi fiskal və monetar tədbirlər görülüb. Həmçinin Avropa Birliyində sənaye sektoru əsasən yüksək texnologiyalı və dəyərli məhsul ixracına söykənir ki, bu da Rusiya iqtisadiyyatından fərqli olaraq uzunmüddətli sabitlik və inkişaf potensialı yaradır.
Xammala söykənən iqtisadiyyat
Rusiya iqtisadiyyatının strukturuna nəzər yetirdikdə, onun əsasən xammal ixracına — xüsusilə neft və qaz sektoruna söykəndiyi aydın olur. 2023-cü ildə bu sektor ÜDM-in 17.3 faizini, dövlət büdcə gəlirlərinin isə 30 faizini təşkil edib. Bu, Rusiyanın sənaye və texnologiyaya əsaslanan iqtisadiyyat deyil, resurs iqtisadiyyatı olduğunu açıq şəkildə göstərir.
Nəticə: Rusiya iqtisadiyyatında görünən artım əsasən dövlətin hərbi xərclər və süni müdaxilələri ilə təmin edilir və bu artım struktur baxımından dayanıqlı deyil. İkinci səbəb isə qazın qiymətindəki artımı qeyd etmək olar. Rusiyanın ən böyük silahı olan Avropa qaz bazarını artıq itirib.
Əksinə, Avropa ölkələri qısamüddətli çətinliklərlə üzləşsə də, texnologiyaya əsaslanan, fərqli sahələr üzrə diversifikasiya olunmuş iqtisadi modelə sahibdir. Rusiya isə yüksək dərəcədə idxala, xammal gəlirlərinə və hərbiləşmiş iqtisadiyyata bağlı olduğundan, iqtisadi inkişafı uzunmüddətli baxımından böyük risk altındadır.
O ki, qaldı 1.5 milyon əsgər 300 000 rubl əmək haqqı alması yanlış rəqəmdir.
Ukraynada döyüş bölgəsində olan Rusiya əsgərləri: təxminən 600,000 nəfərin aylıq əməkhaqqısı:
Döyüş bölgəsində xidmət edən əsgər: təxminən 200,000 rubl
Döyüş bölgəsindən kənarda xidmət edən əsgər: 50,000–70,000 rubl
Mənbə: Rusiya Müdafiə Nazirliyi və Ukrayna kəşfiyyat strukturlarının açıq məlumatları.
Post-sovet məkanında Rusiyanın siyasi təsirindən tam azad olmuş 3 respublika var, onlarla Rusiya arasında orta aylıq nominal əməkhaqqı müqayisə etsək, nəticə aşağıdakı kimi olub. Əvvəlcədən qeyd edək ki, bəzi Avropa ölkələrində bir həftəlik iş saatı Rusiyadan iki dəfə azdır. 4 günlük iş saatına keçən ölkələr – Böyük Britaniya, Belçika, İslandiya, İspaniya, İsveç, Almaniya , Niderland. (Bu ölkələr pilot layihəsi olaraq tədricən keçir, artıq bir çox şirkətlər, keçib, yaxşı effekt də alınır)
Həmçinin iş saatı da Rusiya ilə müqayisədə azdır.
Litva – 2 336 avro (2 685 dollar);
Estoniya – 2 062 avro (2 370 dollar);
Latviya – 1 325 avro (1 523 dollar);
Rusiya – 88 981 rubl (1 094 dollar);