Bəs sülh anlaşması?
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
14:54 | 16 oktyabr 2025 | Cümə axşamı
Məqaləyə 734 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz blokadasına nəzarət edən qüvvələr sanksiya altında olan gəmiyə müdaxilə etmədi
Atəşkəsdən istifadə edən rəsmi Tehran yeraltı “raket şəhərləri”nin tunellərini açır
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
“İran şərtləri qəbul etməsə, atəşkəs uzadılmamalıdır”
İslamabad danışıqlarının yarımçıq qalmasının pərdəarxası üzə çıxdı
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Tramp: “Nüvə silahından imtina etməsələr, razılaşma olmayacaq”
Blokadaya 15-dən çox hərbi gəmi qoşulub
5 nəfər öldürüldü
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Hindistanın Rusiyadan neft alımını dayandıracağı barədə açıqlamasına münasibət bildirib.
Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı Trampın sözlərinə deyil, Hindistan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatlarına əsaslanırlar. “Bu bəyanata hər kəs baxa bilər, biz də onu əsas götürürük”, – Kremlin rəsmisi qeyd edib.
Trampın Hindistanın Rusiyadan neft idxalını dayandıracağına dair “zəmanət aldığını” bildirməsi ilə bağlı suala cavab verən Peskov, “Biz Hindistan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamalarını rəhbər tuturuq. Çin tərəfi də bu məsələyə dair açıqlama vermişdi. Hər kəs bu bəyanatlarla tanış ola bilər. Bizim mövqeyimiz də buna əsaslanır”, – deyib.
Kremlin sözçüsü həmçinin Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Alyaskanın Ankoric şəhərində keçirilən sammitdə Donald Trampla görüşdüyünü xatırladaraq, bunu ortaq uğur kimi dəyərləndirib: “Bu, doğrudan da çox müsbət və konstruktiv görüş idi”, – deyə Peskov vurğulayıb.
Peskov Rusiya liderinin dünən Moskvada Suriya Prezidenti Əhməd Şara ilə görüşü barədə də məlumat verib: “Görüşdə Rusiyanın Suriya ərazisindəki hərbi bazaları məsələsi müzakirə olundu”.
Devrilmiş “Baas” rejiminin lideri Bəşər Əsədin durumunun görüşdə gündəmə gəlib-gəlməməsi ilə bağlı suala cavabında isə Peskov bildirib: “Əsədlə bağlı bu kontekstdə paylaşa biləcəyimiz məlumat yoxdur”. O, Putinin Suriya səfərinin müzakirə olunmadığını da əlavə edib.
Donald Tramp dünən Ağ Evdə keçirdiyi mətbuat konfransında Hindistan Baş naziri Narendra Modinin ona Rusiyadan neft alımını dayandıracağı barədə zəmanət verdiyini açıqlamışdı.
Hindistan Xarici İşlər Nazirliyi isə cavab olaraq bəyan edib ki, enerji təchizatı ilə bağlı danışıqlar ABŞ-la davam edir, lakin ölkənin enerji siyasəti hind istehlakçılarının maraqlarına uyğun şəkildə müəyyənləşdirilir.
Xatırladaq ki, Tramp avqust ayında Hindistanın Rusiyadan neft alması səbəbindən bu ölkəyə qarşı 25%-lik əlavə gömrük rüsumu tətbiq etmək qərarı vermişdi. Bunun ardınca iki ölkə arasında tarif gərginliyi artıb.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval isə Yeni Dehlidə keçirilən brifinqdə Modi ilə Tramp arasında görüş barədə məlumatının olmadığını bildirib. O, Hindistanın Trampın tələblərinə əməl etdiyini təsdiqləməsə də, ABŞ-la enerji əməkdaşlığının dərinləşdirilməsi üçün danışıqlar aparıldığını vurğulayıb.