
Xoşbəxt erməni ...
... Yaxud Ruben Vardanyan həbsxanada xoşbəxtliyin sirrini necə tapdı?
... Yaxud Ruben Vardanyan həbsxanada xoşbəxtliyin sirrini necə tapdı?
Döyülən yəhudi tələbə, müttəhim fələstinli, hakim isə türkdür
Hakamata dünyanın ən uzun ömür sürən edam məhbusu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb
81 yaşlı ovçu nəsli kəsilməkdə olan ayını vurduğu üçün mühakimə olunur
16 maddə üzrə təqsirləndirilən Vardanyan haqq etdiyi cəzanı alacaq
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
Montpelye prokuroru onu terror aktlarının təbliğində təqsirli bilib
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
(İkinci yazı)
«Maaşlar belə yüksəkdirsə, niyə rüşvət alırlar?»
Səsyazma təsadüfən olubsa da məhv edilməyib
Vəfat edən əsgərin valideynlərinin narazılığı əsasında
Terrorçuluqda suçlananların məhkəməsi başladı
İranla Ermənistanın əlaqələrinə etiraz etdiklərinə görə
Almaniyanın Hannover şəhərində çalışan prokuror beynəlxalq narkotik ticarəti ilə məşğul olan qruplaşmaya araşdırmalar haqqında məlumat ötürmək və basqınlar öncəsi cinayətkarlara xəbərdarlıq etmək ittihamı ilə məhkəmə qarşısına çıxıb. Ötən ilin oktyabrından həbsdə olan 39 yaşlı prokurorun məhkəməsi dünən keçirilən ilk iclasla başlayıb. Təqsirləndirilən prokuror Yaşar G. rüşvət almaq, peşə sirrini pozmaq və ədalət mühakiməsinə mane olmaq kimi 14 ittihamla üzləşib.
Təqsirləndirilən şəxsə qarşı hazırlanan ittiham aktına əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan müvafiq qruplaşma üzvləri barələrində görülməsi planlaşdırılan hüquqi tədbirdən əvvəl prokurorun xəbərdarlığı ilə xaricə qaçıblar. Bu şəxslərin əksəriyyətinin hələ də azadlıqda olduğu bildirilir. Narkotiklərlə mübarizə üzrə Hannover Respublika Prokurorluğunun rəhbəri olan şübhəlinin narkotik satıcılarından 65 min avro rüşvət aldığı iddia edilir. Müttəhim prokurorun vəkili Timo Rahn ilk iclasdan əvvəl verdiyi açıqlamada “Bütün ittihamlar müvəkkilim tərəfindən rədd edilir”, – deyib.
Almaniyada böyük səs-küyə səbəb olan iş üzrə müttəhimlərdən biri 12 dəfə rüşvətxorluğa kömək etməkdə və müttəhimlə banda arasında vasitəçilik etməkdə ittiham olunan 41 yaşlı boks üzrə məşqçidir. İddianamədə nəzərdə tutulan cinayətlərin hamısının 2020-ci ilin iyunundan 2021-ci ilin martına qədər baş verdiyi bildirilir.
***
Səhər saatlarına başlayan işin ilk iclasında iştirak edən mətbuat nümayəndələri, izləyicilər və tərəflər məhkəmə zalına girməzdən əvvəl üzərlərində axtarış aparılıb. Keçirilən məhkəmələrdə həmişə ittiham kürsüsündə olan müttəhim prokuror ilk dəfə müttəhim kürsüsünə əyləşib. İş üzrə prokurorluq araşdırması Osnabrück Respublika Prokurorluğu tərəfindən aparılıb. İstintaq keçən il həmkarına qarşı uzunmüddətli istintaq aparan Hannover Respublika Prokurorluğundan Osnabrückdə yerləşən orqana təhvil verilib.
Məlumatlara görə, səlahiyyətlilər məlumatın məhkəmə orqanlarından sızdırıldığı qənaətinə kifayət qədər tez gəliblər. 2021-ci ilin fevral ayında Hamburq limanında 448 milyon avro dəyərində 16 ton kokain müsadirə edilib. Sözügedən narkotik maddə qutularda aşkar edilib. Hadisədən qısa müddət sonra Aşağı Saksoniya Əyalət Polis İdarəsi Almaniya daxilində bir çox ünvana reyd keçirdi, lakin axtarışda olan şübhəlilərin bir çoxunu sözügedən ünvanlarda tapmaq mümkün olmayıb və ən əhəmiyyətli şübhəlinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Dubaya qaçdığı məlum olub.
2022-ci ilin iyununda hazırda müttəhimlər kürsüsündə oturan prokurora qarşı istintaq başladılıb, həmin ilin noyabrında onun evində və ofisində axtarış aparılıb. Lakin o vaxt Aşağı Saksoniya Ədliyyə Nazirliyinin bəyanatına görə, ilkin şübhələr təsdiq oluna bilmədiyi üçün bu araşdırma 2023-cü ilin oktyabrında dayandırılıb.
***
Aşağı Saksoniya Əyalət Polis İdarəsi o vaxt məhkəmə prosesi dayandırıldıqdan sonra da dövlət qurumundan məlumat sızdıran “köstəbəy”in tapılması istiqamətində işini davam etdirib. Dövlət Ədliyyə Departamentinin məlumatına görə, polis əməkdaşları ötən ilin iyununda prokurora qarşı istintaqı yenidən başlamaq üçün yeni tapıntıları əvvəllər əldə edilmiş məlumatlarla birləşdiriblər.
Məhkəmə işə 21 iclasda baxmağı və hökmü 2025-ci il sentyabrın 12-də elan etməyi planlaşdırır. Məhkəmə sözçüsü birinci iclasa şahidlərin dəvət olunmadığını bildirib. Təqsirləndirilən prokurora qarşı irəli sürülən ağır rüşvət ittihamları təsdiqlənərsə, 3 aydan 5 ilə qədər həbs cəzası ala bilər.