Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
11:06 | 24 aprel 2025 | Cümə axşamı
Məqaləyə 195 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun iyun ayında hasilatı artırmaq planları və ABŞ ilə Çin arasında kompromis əldə olunacağına dair gözləntilər qiymətlərin qismən enməsinə səbəb olub. OPEC+ üzvü olan səkkiz ölkə iyunun hasilat planlarını müzakirə etmək üçün mayın 5-də bir araya gələcək.
Beynəlxalq bazarlarda “Brent” markalı neftin bir barreli 65,21 dollara satılır.
Ötən gün 67,40 dollara kimi bahalaşan neft bir barel qiyməti günü 65,27 dollarla bağlayıb. Neftin bir barelinin qiyməti bu gün səhər bağlanış qiyməti ilə müqayisədə təxminən 0,09 faiz ucuzlaşaraq 65,21 dollar olub. Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli 62,14 dollara alınıb.
Qiymətlərin qismən enməsinə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun iyun ayında hasilatı artırmaq planları və ABŞ ilə Çin arasında kompromis əldə olunacağına dair gözləntilər səbəb olub.
Qazaxıstan aprelin ilk iki həftəsində neft hasilatının mart ayının orta göstəricisi ilə müqayisədə 3 faiz azaldığını, lakin hasilatın hələ də OPEC+ kvotasının üstündə qaldığını bildirib. Qazaxıstanın energetika naziri hasilat səviyyəsinə qərar verərkən milli maraqları OPEC+ maraqlarından üstün tutacaqlarını bildirib və əlavə edib ki, ölkə öz ərazisində müstəqil neft şirkətlərinin hasilatını məhdudlaşdırmayacaq və öz neft yataqlarını bağlamayacaq, çünki bu, onların gələcək hasilatına zərər verəcək.
Bu inkişaflar təklif tərəfində təzyiqlərin artmasına və qiymətlərin azalmasına səbəb oldu.
Digər tərəfdən ABŞ Maliyyə Naziri Skott Bessent Çin və ABŞ arasında ticarətdə tətbiq edilən yüzdə 145 idxal və yüzdə 125 ixrac tariflərinin davamlı olmadığını bildirib. Bessent qeyd edib ki, iki ölkə arasında danışıqlara başlamaq üçün tariflər aşağı salınmalıdır.
ABŞ prezidenti Donald Tramp ABŞ və Çin arasındakı “ticarət müharibəsi” ilə bağlı “Bizdə onlar da çox mülayim davranacağıq. Sonra nə olacağını görəcəyik, amma sonda onlar razılığa gəlməlidirlər. Çünki əks halda ABŞ ilə iş görə bilməyəcəklər”, – deyib.
Gömrük və ticarət müqavilələri bağlamaq üçün hazırda bir çox ölkə ilə fəal müzakirələr apardıqlarını və bu razılaşmaların ABŞ və digər ölkələr üçün “ədalətli” olacağını bildirən Tramp, “Çinlə ədalətli bir razılaşma əldə edəcəyik. Ədalətli olacaq. Hazırda hər şey (danışıqlar) aktivdir. Hər kəs gördüyümüz işin bir parçası olmaq istəyir”, – deyib.
Bildirilir ki, texniki olaraq 67,14 dollar müqavimət kimi, 59,06 dollar isə “Brent” neftinə dəstək kimi izlənilə bilər.