İranda ardıcıl partlayışlar – VİDEO
Şiraz hava limanında uçuşlar dayandırıldı
12:52 | 22 may 2026 | Cümə
Məqaləyə 97 dəfə baxılıb
Şriftin ölçüsü
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Dünyanın ən böyük investisiya banklarından olan “Goldman Sachs” bildirib ki, Yaxın Şərqdə davam edən müharibə fonunda qlobal xam neft və neft məhsulları ehtiyatları rekord sürətlə azalır və dünya bazarında ciddi təchizat sıxıntısı yaranıb
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, aank analitiklərinin iki gün əvvəlki (20 may) hesabatına görə, görünən qlobal ehtiyatlar may ayında gündəlik 8,7 milyon barel həcmində azalıb. Bu göstərici münaqişənin başlanmasından bəri müşahidə olunan orta azalma tempindən təxminən iki dəfə yüksəkdir.
Analitiklər qeyd ediblər ki, neft bazarlarında gərginlik artmaqda davam edir. Hesabata əsasən, Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft ixracı normal səviyyənin cəmi 5 faizi həcmində qiymətləndirilir.
Hesabatda vurğulanır ki, qlobal enerji bazarları müharibənin yaratdığı görünməmiş təchizat böhranı ilə üzləşib. Münaqişədən əvvəl formalaşan ehtiyatların sürətlə əridiyi, bəzi hökumətlərin isə qiymət artımını cilovlamaq üçün strateji neft rezervlərini bazara çıxardığı bildirilir.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol da ötən həftə kommersiya neft ehtiyatlarının sürətlə azaldığı barədə xəbərdarlıq etmişdi.
Agentlik hesab edir ki, münaqişə yaxın zamanda başa çatsa belə, bazar ən azı oktyabr ayına qədər “ciddi təchizat çatışmazlığı” yaşamaqda davam edəcək.
“Goldman Sachs” analitiklərinin qiymətləndirməsinə görə, may ayında qeydə alınan ehtiyat azalmasının təxminən üçdə ikisi su üzərindəki neft adlandırılan daşınmaların azalması ilə bağlıdır.
Məlumata görə, ixracdakı azalma idxaldakı zəifləməni üstələyib. Xüsusilə Asiyadan Avropaya qədər enerji axınlarında zəifləmə müşahidə olunur. Hesabatda qeyd edilir ki, Avropanın aviasiya yanacağı idxalı 2025-ci ilin orta göstəricisindən 60 faiz aşağı düşüb.
Son həftələrdə Yaxın Şərqdəki müharibə və Hörmüz boğazı ətrafındakı risklər səbəbindən neft bazarında dalğalanma daha da güclənib.
Ekspertlər xəbərdarlıq edirlər ki, bölgədə hərbi əməliyyatların genişlənməsi halında dünya bazarında yeni enerji şoku yarana və qiymətlər daha sərt yüksələ bilər.