İranda ardıcıl partlayışlar – VİDEO
Şiraz hava limanında uçuşlar dayandırıldı
09:06 | 26 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 71 dəfə baxılıb
Şriftin ölçüsü
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
ABŞ-nin İrana qarşı yeni hücumlar həyata keçirdiyinə dair məlumatlar neft bazarında qiymətlərin yenidən yüksəlməsinə səbəb olub. Asiya sessiyasının erkən saatlarında həm “Brent”, həm də “Qərbi Texas Nefti”nin (West Texas Intermediate – “WTI”) qiymətində artım qeydə alınıb.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı mümkün razılaşmaya dair ümidlərin zəifləməsi bazarlarda narahatlığı artırıb. Bu isə investorların enerji bazarındakı riskləri yenidən qiymətləndirməsinə gətirib çıxarıb.
İyul fyuçersləri üzrə “Brent”in təxminən 2% bahalaşaraq 97,84 dollara yüksəlib.
Eyni zamanda “WTI” markalı xam neft fyuçersləri də 1,2% artaraq 91,40 dollar olub. ABŞ-də rəsmi tətil səbəbindən “WTI” fyuçersləri bazar ertəsi bağlanış etməyib.
Qeyd edək ki, dünən səhər dünya bazarında neftin qiyməti təxminən 3% ucuzlaşmışdı. Analitiklər hesab edir ki, Yaxın Şərqdə artan gərginlik enerji bazarında qiymət dəyişkənliyini daha da gücləndirə bilər.