vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 9 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MEDİA-QHT  
Balakişi Qasımov yenidən İTV-də 17:10 | 25 may 2026 | Bazar ertəsi Məqaləyə 104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Balakişi Qasımov yenidən İTV-də

Baş direktor 3-cü dəfə yekdilliklə seçildi

İNCİ, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Audiovizual Şurada İctimai TV (İTV) və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

VAXT.AZ xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov növbəti dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb. Onlardan biri səsvermə zamanı öz namizədliyini geri çəkib.

Qeyd edək ki, Balakişi Qasımov 2018-ci ildən İTV-nin baş direktorudur.

Xatırladaq ki, İTV-nin baş direktor vəzifəsi Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.