
Stalinin tabusu yaşayır
“Alman ruhu”, “İngilis tarixi”, “Fransız inqilabı”nı normal qəbul edənlərin yuxusunu “Türk qanı” qaçırıb
“Alman ruhu”, “İngilis tarixi”, “Fransız inqilabı”nı normal qəbul edənlərin yuxusunu “Türk qanı” qaçırıb
İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar
Seçki gizli səsvermə ilə keçirilib
Azərbaycana qarşı ikili standartlar, yoxsa ...
İTV “Eurovision-2022” müsabiqəsindəki qalmaqalla bağlı açıqlama yaydı
“İşləməyi bacaranlar narahat olmasınlar”
Cəmil Quliyevi Balakişi Qasımov əvəzlədi
Əli Həsənov: «Cəmiyyətə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur»
Nuşirəvan Məhərrəmli: «Maliyyənin Milli Televiziya və Radio Şurasına ayrılmasını istəmirik»
Cəmil Quliyev də televiziya rəhbərliyinin köhnə xəstəliyinə yoluxub
Cahangir Məmmədlini dediyinə peşman etdilər
Hesablama Palatası daha bir dövlət qurumunun fəaliyyətində maliyyə nöqsanları aşkarlayıb
8 il baş redaktor olan Gündüz Tahirli 11 ildir mediadan uzaqdadır
İctimai Televiziyanın daha beş əməkdaşı işdən azad olunub. AzNews.az-a daxil olan məlumata görə, onlar əsasən İnformasiya departamentinin əməkdaşlarıdır. İşdən çıxarılanlardan hələlik 3-nün adını dəqiqləşdirmək mümkün olub:
1. Tamella Şirinova – aparıcı
2. Səlminə Ələkbərli – aparıcı
3. Şakir Qurbanov – radio aparıcı
AzNews.az-ın əməkdaşı işdən çıxarılanlarla əlaqə saxlayıb. Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: «İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq».
Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: «Artıq bu gündən İTV-yə işə çıxmıram».
İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva isə xəbəri nə təsdiq, nə də təkzib edib: «Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar».
«Əgər yaxşı işçidilərsə, niyə uzaqlaşdırılırlar» sualına isə belə cavab verib: «Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır».
Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir.