
Stalinin tabusu yaşayır
“Alman ruhu”, “İngilis tarixi”, “Fransız inqilabı”nı normal qəbul edənlərin yuxusunu “Türk qanı” qaçırıb
“Alman ruhu”, “İngilis tarixi”, “Fransız inqilabı”nı normal qəbul edənlərin yuxusunu “Türk qanı” qaçırıb
İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar
Seçki gizli səsvermə ilə keçirilib
Azərbaycana qarşı ikili standartlar, yoxsa ...
İTV “Eurovision-2022” müsabiqəsindəki qalmaqalla bağlı açıqlama yaydı
“İşləməyi bacaranlar narahat olmasınlar”
Cəmil Quliyevi Balakişi Qasımov əvəzlədi
İctimai rəyin səsi olmağı məqsəd seçmiş hər bir media orqanı daşıdığı məsuliyyəti unutmamalıdır
Ekspert deyir ki, bu, azad rəqabət və normal qanunvericilik mühitinin göstəricisidir
Nuşirəvan Məhərrəmli: «Maliyyənin Milli Televiziya və Radio Şurasına ayrılmasını istəmirik»
Cəmil Quliyev də televiziya rəhbərliyinin köhnə xəstəliyinə yoluxub
Hesablama Palatası daha bir dövlət qurumunun fəaliyyətində maliyyə nöqsanları aşkarlayıb
«Qurum Rusiyanın keçmiş sovet respublikaları üzərində diqtəsi üçün qurulub»
«Onu məndən soruşmayın»
Mehman Cavadoğlu: «İsa Qəmbər seçkilərə qatılmaq istəmir»
8 il baş redaktor olan Gündüz Tahirli 11 ildir mediadan uzaqdadır
Cahangir Məmmədlinin Aktual.az saytına «Yaxın gələcəkdə siz Əli Kərimlini də, İsa Qəmbəri də İTV-nin efirində görə biləcəksiz» açıqlaması ölkə mediasında gündəm mövzusuna çevrildi. İTV-nin Cahangir Məmmədliyə cavabı gecikmədi: «Yaxın gələcəkdə siz Əli Kərimlini də, İsa Qəmbəridə İTV-nin efirində görə biləcəksiniz qənaəti Cahangir Məmmədlinin öz fikridir».
İTV-nin ictimaiyyətlə əlaqələr
şöbəsindən Modern.az verilən açıqlamada dolayısıyla Yayım Şurası sədrinin
səlahiyyətləri çərçivəsində telekanalda söz sahibi olmadığına işarə edilib.
Heç müxalifət də Cahangir müəllimin
fikirlərini ciddiyə almayıb. Müsavat Partiyası başqanının müavini Mehman
Cavadoğlu musavat.com-a bildirib ki, bu fikirlər İTV rəhbərliyi səviyyəsində
həll olunan məsələ deyil.
AXCP sədrinin müavini Razi Nurullayev
İTV-də müxalifətə yer verilməsi kimi fikirlərə inanmadığını bildirib: «Açığı
mən bu fikirlərin reallaşacağına inanmıram. Amma Cahangir Məmmədlinin ola
bilsin ki, belə bir istəyi var. Mən deyə bilmərəm ki, bu fikirləri başqa mənada
deyib. Hazırda baş verən proseslər, müxalifətə olan münasibət, bundan əlavə,
İTV-nin müxalifətə qarşı yürütdüyü siyasət tamamilə bu fikirlərin əksini
düşünməyə əsas verir».
Yayım Şurasının sədrinin açıqlamasından
doğan ajiotajla bağlı Cahangir Məmmədlinin mövqeyini öyrənmək qərarına gəldik.
O, dünən zəngimizi cavablandıraraq saytımıza açıqlamasında təhrifə yol
verilmədiyinə görə əməkdaşımıza minnətdarlığını bildirdi və rektorla
görüşdükdən sonra suallarımızı cavablandıracağını qeyd etdi. Amma dünən
Cahangir müəllimin rektorla görüşü uzun çəkdiyindən zənglərimizi açmağa imkanı
olmadı. Uzun illərin pedaqoqunun bu «punktuallığı» səhəri gün də davam etdi və
bu dəfə o, zəngimizə cavab vermədi və sonunda telefonu qapatdı.
Cahangir Məmmədlinin bu susqunluğunun
səbəbi Aktual.az-a bəlli olub. Yayım Şurasının sədri sayta verdiyi açıqlamaya
görə, qanunla bir çox səlahiyyətlərdə ona tabe olan baş direktor Cəmil Quliyev
tərəfindən qınanıb.
Məlumatda bildirilir ki, Cəmil Quliyev
Yayım Şurasının sədrinə müxalifət barəsində açıqlamalar verərkən telekanalın
strateji yönünü düşünərək ehtiyatlı olmağı tapşırıb. Hətta o, daha da irəli
gedərək bu məsələ ilə bağlı Cahangir Məmmədliyə mətbuata danışmağı qadağan
edib.
Mövzuya qayıdacağıq...