vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
İnflyasiyanın Həcc ziyarətinə nə aidiyyəti? 22:54 | 21 oktyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 90 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnflyasiyanın Həcc ziyarətinə nə aidiyyəti?

Azərbaycandan 3 dəfə daha uzaqda yerləşən İndoneziyanın zəvvarları 2 dəfə az ödəyir

Orxan ATABƏY

MÖVZU İLƏ ƏLAQƏLİ

Həcc ziyarətinin qiymətinin 10 min 370 manata qaldırılma səbəblərinə baxdım.

Qafqaz Müsəlmanları İdarəsi izah etməyə çalışır ki, “bütün ölkələrdə müşahidə edilən qiymət artımları və yeni xidmətlərin təqdim edilməsi” bahalaşmaya səbəb olub.

Bu cür izah dini qurumların yox, kommersiya şirkətlərinin işlətdiyi sözlərdir. Siz nə istehsal edirsiniz ki, qiymət artımını dünyadakı bazar tendensiyaları ilə əsaslandırırsınız? Dünyada baş verən inflyasiyanın, bazar dalğalarının ibadət haqqına nə aidiyyəti var?

Əksinə, bu il yüksək rəqabət və yeni aviaşirkətlərin bazara girməsi nəticəsində təyyarə biletlərinin qiymətləri kəskin şəkildə ucuzlaşıb.

İkincisi “yeni xidmətlər” dediyiniz nədir? Həccin mənəvi mahiyyətinə nə əlavə etmisiniz? Məkkə yolunda “əlavə rahatlıq” təklif etmək, sanki ibadəti turpaketə çevirməkdir.

Dini inanclı insanların din alverçiləri tərəfindən necə aldadıldığını çox sadə izah edim: Azərbaycan – Səudiyyə 2800 km və həcc ziyarəti 10370 manat.

İndoneziya – Səudiyyə Ərəbistanı 7800 km və həcc bizim pulla 9390 manat. O da 5820 manatını (62 %) zəvvar, yerdə qalan 3570 manatını (38 %) İndoneziya dini qurumu ödəyir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)