
Gömrük vergisi iki dəfə artdı
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Rusiya hava limanlarına hücumla əməliyyat 5 TIR-la, Rusiyanın 5 ayrı bölgəsində həyata keçirilib. Min kilometrlərlə uzaq məsafədə, üç fərqli saat qurşağında yerləşən hərbi hava limanları hədəf seçilib.
Məsələn, Olenya aviabazası Murmansk vilayətindədir, Ukrayna sərhədindən 2000 kilometr aralıdır. Belaya bazası isə Sibirdə yerləşir, Ukrayna sərhədindən 4000 km məsafədə yerləşir.
Ən biabırçılıq odur ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) TIR-ları əməliyyat keçiriləcək şəhərlərdə Rusiya KQB-sinin yerli ofisinin düz yanında park edilib. Sürücülər maşınları saxlayıb, uzaqdan idarə ilə TIR-ların yük yerində tavanlar açılıb, içəridən FPV tipli dronlar havaya qalxıb. Bu dronlar Ukraynada istehsaldır, qiyməti cəmi 150 dollardır. Vurulan təyyarələr arasında ən ucuzu “A-50” radar təyyarəsidir, dəyəri 330 milyon dollardır.
Beş əməliyyatdan biri uğursuz olub, Sırışevo rayonunda TIR-ın damı açılmayıb, dronlar içəridə partlayıb, yük maşını yanıb.
İkinci biabırçılıq odur ki, bu miqyasda əməliyyata baxmayaraq, heç kim həbs edilməyib. Əməliyyatı icra edən sürücülər və casuslar ölkədən çıxmağı bacarıb.
Bir saat ərzində Rusiyanın bomba daşıyan təyyarə ehtiyatının 34 faizi sıradan çıxarılıb. Məhv edilmiş və ya ağır zədələnmiş 42 hərbi təyyarə qeydə alınıb.
Əməliyyat bir neçə gün geciksəydi, Ukrayna kütləvi hücuma məruz qalacaqdı. Çünki 3 aydır Rusiya İran, Çin, Koreya və Keniya kimi ölkələrdən topladığı muzdluları cəbhəyə daşıyırdı. Hava dəstəyi ilə genişmiqyaslı hücuma keçmək, işğal planını böyütmək və İstanbul danışıqlarına üstün mövqedə girmək istəyirdilər. Amma əksi oldu. İndi Ukraynanın əli gücləndi.
Rusiyada ciddi həbslər gözlənilir. Beş TIR-ın ölkənin dərinliklərinə qədər irəliləməsi, əli ilə qoymuş kimi təyyarələrin toplandığı əsas hava limanlarına yaxınlaşması, casusların ölkədə təhlükə siqnalı verilmiş bir vaxtda ölkənin dərinliklərindən çıxması sadəcə qeyri-adi deyil, inanılmaz bir əməliyyatdır.
TIR tıxaca düşməsə 4 min kilometrlik yolu 51 saata qət edə bilir. Hansı ölkədən girdikləri də müəmmadır. Əminəm ki, əməliyyat xarici kəşfiyyatın dəstəyi və Rusiyanın yüksək çinli məmurlarının satqınçılığı ilə keçirilib.