vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
İraqlılar İrana qarşı 17:12 | 20 avqust 2025 | Çərşənbə Məqaləyə 89 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İraqlılar İrana qarşı

“Zəvvarlar kişiləri narkotik satır, qadınları sığı adı altında fahişəlik edir”

Orxan ATABƏY

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqda İran əleyhinə genişmiqyaslı təbliğat aparılır. İlk olaraq, bəzi millət vəkilləri çıxış edərək bildiriblər ki, İran artıq ölkənin daxili işlərinə müdaxilə etməyi dayandırmalıdır.

İraq ordusu da bəyanat yayaraq vurğulayıb ki, İran ölkə daxilində silahlı qruplaşmalar formalaşdırmaqla kifayətlənmir, həm də İraqı özünə aid olmayan regional münaqişələrə sürükləyir.

Ardınca, ölkə polisi rəsmi bəyanatla çıxış edərək, sübutlar əsasında bəzi iranlıların ölkəyə ibadət məqsədilə deyil, narkotik maddə satmaq və gəncləri zəhərləmək üçün gəldiklərini bildirib.

İraq din xadimləri isə İran vətəndaşlarını Hüseyn və Abbas ziyarətgahlarında din adı altında İran təbliğatı aparmaqda, xarici ölkələrə qarşı lənətlər səsləndirməkdə və siyasi şüarlar yaymaqda ittiham ediblər. Bu səbəbdən, İran bayraqları ilə İraq ərazisində yürüşlərə rəsmi şəkildə qadağa qoyulub.

Dünən isə İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani vəziyyətin ciddiliyinə toxunaraq çıxış edib. O bildirib ki, zəvvar adı ilə ölkəyə daxil olan şəxslər müqəddəs şəhərlərdə narkotik satışı ilə məşğul olurlar. Baş nazirin sözlərinə görə, bəzi iranlı qadınlar siğə adı altında cinsi xidmət göstərir və bu yolla qazanc əldə edərək ölkədən ayrılırlar.

Hazırda isə Sistaniyə bağlı şiə tələbələr bir sıra şəhərlərdə etiraz aksiyaları keçirirlər. Onlar Ayətullah Xameneyini sərt şəkildə tənqid edir və onu Şiə dünyasının nüfuzuna xələl gətirməkdə ittiham edirlər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)