İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
18:44 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 536 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Təhlükəsizlik və siyasi dairələrdən əldə edilən məlumata görə, İraqın nüfuzlu şiə din alimi ayətullah Əli Sistani Bağdadda İranın zəifləyən rolunu kompensasiya etmək üçün fəallaşıb. Məqsəd – silahlı qrupları tərksilah etməyə və “Haşdi Şabi” qüvvələrinin dövlət strukturlarına inteqrasiyasına nail olmaqdır.
Mənbələrin verdiyi məlumata əsasən, Sistani hazırda iqtidarda olan koalisiyaya təzyiq göstərərək silahlı dəstələrin yaratdığı siyasi böhrandan sürətlə çıxmağı tələb edir. Din alimi bildirib ki, “İraq şiələrinin taleyi nəzarətsiz silahların öhdəsinə buraxıla bilməz”.
Sistaninin yaxın çevrəsindən olan tanınmış bir ruhaninin bildirdiyinə görə, siyasi qüvvələrin silah məsələsini idarə etmə imkanları getdikcə zəifləyir və bu, dini nüfuz mərkəzləri ətrafında narahatlığa səbəb olub.
Mənbələrin bildirdiyinə görə, bir dövlət rəsmisi son olaraq Nəcəfdən bir sənəd alıb. Həmin sənəddə silahların qeydiyyatı, “Haşdi Şabi”nin dövlət strukturlarına inteqrasiyası və İraqın regional və beynəlxalq əlaqələrinin “asanlıqla qarşısı alınmayacaq risklərdən yayınmaq üçün” yenidən nəzərdən keçirilməsi tələb olunub.
“Koordinasiya Çərçivəsi” koalisiyasının rəhbər şəxslərindən biri bildirib ki, bu çağırışlar Bağdadda siyasi fəaliyyətin qaydalarını dəyişməyə başlayıb və eyni zamanda Tehranın rolu azalmaqdadır.
Bununla belə, “Haşdi Şabi” liderləri İraqdakı qruplara çatdırdıqları mesajda bildiriblər ki, İran hərbi gücünü yenidən bərpa etməyə çalışarkən, zaman qazanmaq vacibdir. Onların təlimatına əsasən, tərksilah prosesinə ciddi şəkildə qarşı durulmalı, çünki hər bir silah önümüzdəki dövrdə daha böyük əhəmiyyət daşıyacaq.
Eyni xəbərdarlıq mesajının Livandakı “Hizbullah”a da göndərildiyi qeyd olunub.