Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
18:28 | 7 avqust 2025 | Cümə axşamı
Məqaləyə 584 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
İsrail ordusu dünən bildirib ki, Cənubi Livanda “Hizbullah”a aid bir çox hədəfi bombalayıb. Bu hədəflər arasında silah anbarları, raket buraxılış rampaları və texniki avadanlıqların saxlandığı obyektlər də yer alır.
Livanda nəşr olunan media orqanları da bu gün səhər saatlarında İsrailin bölgədə hava hücumları həyata keçirdiyini bildirib.
Bu hücumlar, noyabr ayının sonlarından bəri İsraillə İran tərəfindən dəstəklənən “Hizbullah” arasında qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq baş verib.
Atəşkəs rəsmi olaraq hələ də qüvvədə olsa da, İsrail demək olar ki, hər gün “Hizbullah” mövqelərinə hücumlar həyata keçirməyə davam edir və təşkilatın tam şəkildə silahsızlaşdırılmasını istəyir.
Digər tərəfdən, Livan ordusuna bu həftə “Hizbullah”ın silahsızlaşdırılması üçün plan hazırlamaq tapşırılıb.
Ölkədəki bütün silahların ilin sonuna qədər dövlətin nəzarətinə keçməsi planlaşdırılır.
Ancaq “Hizbullah” bu cədvəli rədd edərək bildirib ki, İsrail əvvəlcə hava hücumlarını dayandırmalı və Cənubi Livandakı beş mövqedən geri çəkilməlidir. Müşahidəçilər “Hizbullah”ın yaxın zamanda silahlarını təhvil vermə ehtimalının aşağı olduğunu bildirirlər.
Livan hökumətinin isə bu gün yeni bir Nazirlər Kabineti toplantısı keçirərək növbəti addımları müzakirə edəcəyi gözlənilir.