Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
10:45 | 9 aprel 2026 | Cümə axşamı
Məqaləyə 152 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
ABŞ-İran arasında iki həftəlik atəşkəsin elan olunduğu gün İsrail Livan ərazisində ən intensiv bombardımanını həyata keçirib. Atəşkəsin Livanı da əhatə etməli olduğunu vurğulayan İran, İsrailin hücumunu bu razılaşmanın ciddi şəkildə pozulması kimi qiymətləndirir.
VAXT.AZ “Reuters”ə iatinadən xəbər verir ki, Livan Mülki Müdafiə Xidmətinin məlumatına görə, son bir ayda İsrailin hücumları nəticəsində 130-u uşaq olmaqla 1700-dən çox insan öldürülüb. Dünənki bombardmanlar isə bir gündə ən çox can itkisinə səbəb olub – 254 nəfər ölü, 1 100-dən çox yaralı var.
Başqa bir təhlükəsizlik mənbəsi bildirib ki, İsrail Litani çayı üzərindəki son körpünü vuraraq, ölkənin cənubunu əsas ərazidən ayırıb. Çayın cənub hissəsi İsrail sərhədindən təxminən 30 km şimalda yerləşir.
Beyrut və digər bölgələrdə xəstəxanalar, elektrik stansiyaları və digər infrastrukturlar hədəfə alınıb. Ölkədə qida və dərman çatışmazlığı var. Hücumlar atəşkəs ümidi ilə evlərinə qayıtmağa hazırlaşan insanların ümidini qırdı.
BMT Baş Katibi Antonio Quterreş İsrailin hücumlarını ABŞ-İran atəşkəsi üçün ciddi risk olaraq qiymətləndirib: “Livandakı hərbi fəaliyyət atəşkəsi və davamlı sülh təşəbbüslərini təhlükəyə atır”.
BMT İnsan Hüquqları Ali Komissarı Volker Türk də hücumların “inanılmaz və qəbuledilməz” olduğunu bildirib.
İran Prezidenti Məsum Pezeşkian vurğulayıb ki, Livanda atəşkəs ABŞ ilə razılaşmanın əsas şərtlərindən biridir. İran parlamentinin spikeri Məhəmməd Bakır Qalibaf isə atəşkəs üçün uyğun müzakirə zəmininin artıq pozulduğunu qeyd edib.
ABŞ isə İranın açıqladığı 10 maddəlik planın Ağ Ev tərəfindən qəbul edilən şərtlərlə eyni olmadığını bildirir. Bu plan uranın zənginləşdirməsi, sanksiyaların qaldırılması və Hörmüz boğazı üzərində nəzarət tələblərini əhatə edir.
İsrail Baş naziri Benyamin Netanyahu Livanın İranla atəşkəsdə iştirak etmədiyini iddia edib. Ağ Ev sözçüsü Karolin Livitt və ABŞ Prezidenti müavini Ceyms Devid Vens də bu mövqeni təsdiqləyib.
Atəşkəsin Livanın da əhatə etdiyini bəyan edən Pakistan Baş naziri Şahbaz Şərif isə münaqişənin həlli istiqamətində vasitəçilik rolunu vurğulayıb.