vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 23 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
Iraqda siyasi sui-qəsd 09:47 | 17 oktyabr 2025 | Cümə Məqaləyə 93 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Iraqda siyasi sui-qəsd

Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü

ELTON

MÖVZU İLƏ ƏLAQƏLİ

Iraqın Bağdad ətrafındakı Tərmiyə bölgəsində baş verən partlayışda noyabrın 11-nə planlaşdırılan parlament seçkilərində namizəd olan Səfa əl-Məşhədani həlak olub. Hadisə, ölkədə uzun illər sonra ilk dəfə bir seçki namizədinə qarşı bombalı hücum olaraq qeydə alınıb.

Vaxt.AZ yerli mediaya istinadən xəbər verir ki, sui-qəsddə Məşhədani ilə birlikdə olan dörd köməkçisi yaralanıb. Bu seçki prosesinin şiddətə çevrilə biləcəyi qorxularını artırıb. Bağdad Əməliyyatlar Komandanlığı Baş nazir Məhamməd Şiya əs-Sudaninin göstərişi ilə dərhal araşdırma başladıldığını açıqlayıb. Video görüntülərdə Məşhədaninin avtomobilindən alovlar yüksəldiyi görünür. Sui-qəsd namizədin partiya toplantısından qayıtdığı zaman baş verib.

Tərmiyə bölgəsi Məşhədaninin doğma yeri olmaqla yanaşı, son illərdə bombalı hücumla əlaqəli şübhəli silahlı qrupların fəaliyyət göstərdiyi bir ərazi olub. Hadisəyə yerli ictimaiyyət və siyasətçilər, xüsusən Sünni və Şiə qrupları arasındakı siyasi rəqabət və hakimiyyət mübarizəsi kontekstində baxılır və onu siyasi sui-qəsd kimi qiymətləndirilir.