Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
10:42 | 11 sentyabr 2025 | Cümə axşamı
Məqaləyə 178 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fransada gənc qızların özünə qəsd etməsi çoxalıb
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
ABŞ Prezidenti Donald Tramp dünən yaxın müttəfiqi və muhafizəkar aktivist Çarli Kirkin Yuta ştatındakı düşərgədə silahla vurularaq öldürülməsinə münasibət bildirərək intiqam vədi verdi. Bu vaxt polis şübhəlini tapmaq üçün bütün binaları axtarırdı.
Gənclərin siyasi təşkilatı “Turning Point USA”nın qurucu ortağı və öndə gedən muhafizəkar aktivistlərdən olan Kirk öldürülmədən əvvəl ABŞ-da son bir neçə ildə baş vermiş toplu silahlı hücumların sayı barədə sualı cavablandırarkən izdihamın içindən açılan tək bir atəşlə həyatını itirdi.
“Çarli Kirkün ölümü Amerika üçün qaranlıq bir andır”, – deyə Tramp Oval kabinetdəki çıxışında bildirdi. Keçən il ABŞ-da baş verən bir neçə siyasi zorakılıq hadisəsini “radikal sol”un məsuliyyətli tutduğunu vurğuladı.
Trampın siyahısında özünə qarşı sui-qəsd cəhdi və “United Healthcare” şirkətinin icraçı direktoru Breyn Tompsanın öldürülməsi də vardı.
“İdarəmiz bu vəhşiliyə və digər siyasi zorakılıq hadisələrinə səbəb olan hər kəsi tapacaq”, – deyə Tramp vurğulayıb.
“İllərdir radikal sol Çarli kimi möhtəşəm amerikalıları nasistlərlə və dünyanın ən pis qətllərini törədən şəxslərlə müqayisə edir. Bu tip ifadələr, ölkəmizdə bu gün gördüyümüz terrorizmin birbaşa səbəbidir və dərhal dayandırılmalıdır”.
Trampın siyahısında Minnesota ştatından millət vəkili Melissa Hortmanın öldürülməsi kimi Demokratlara yönəlmiş zorakılıq hadisələri daxil edilməyib.
***
Şübhəli tapmaq üçün axtarışlar intensivləşdi. Polis hələ də şübhəlini tapmaq üçün evləri dolaşırdı. İki şübhəli saxlanılıb, sonra sərbəst buraxıldı. FBI (Federal Təhlükəsilik Bürosu) direktoru Keş Patel, “X” sosial media hesabında sərbəst buraxılan şəxsin hücumla əlaqəsinin olmadığını açıqladı.
Yuta Dövlət Təhlükəsizlik Departamenti hücumun “hədəfli” şəkildə həyata keçirildiyini və şübhələnin binanın damından atəş açdığını bildirdi.
Hadisə ABŞ siyasi səhnəsində geniş rezonans doğurdu. Həm Demokrat, həm Respublikaçı siyasətçilər hücumu qınadı, ABŞ Nümayəndələr Palatasında silahlı zorakılıq mövzusunda sərt müzakirələr baş verdi.
Respublikaçı Konqres üzvü Nensi Meys “NBC News”a açıqlamasında, “Bu hadisədən sonra Demokratların ölkə üzrə muhafizəkarların uşaqlarını qorxutduğunu söyləyə bilərəm. Çoxlu ailələr uşaqlarının təhlükəsizliyi üçün narahatlıqla polisə müraciət etdi”, – deyib.
Respublikaçı Milli Komitə sədri Co Qruters hücumu “dəhşətli” adlandırdı: “Respublikaçılar və Demokratlar birgə bu vəhşiliyi qınamalıdır, bu Amerika üçün qəbuledilməzdir.”
ABŞ-ın sabiq prezidentləri Bill Klinton və Barak Obama da başsağlığı mesajları yayımladı.
Obama “X” hesabında, “Çarli Kirki vuran şəxsin motivini hələ bilmirik, lakin bu cür zorakılıq demokratiyamızda yeri olmayan hadisədir”, – yazdı.
ABŞ Prezidenti Co Bayden isə, “Ölkəmizdə bu cür zorakılığa yer yoxdur. Bu dərhal bitməlidir. (Həyat yoldaşı) Cil və mən Çarli Kirkin ailəsi və yaxınları üçün dua edirik”, – deyib.
İsrail Baş naziri Binyamin Netanyahunun və İngiltərə Xarici İşlər naziri İvett Kuperin də hücumu qınadıqları bildirildi. Netanyahu, “Cəmi iki həftə əvvəl onunla danışmışdım və İsrailə dəvət etmişdim. Təəssüf ki, o səfər baş tutmayacaq. Qeyri-adi bir insanı itirdik”, – deyib.