Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:09 | 21 oktyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 4570 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Ötən həftəsonu ABŞ-da milyonlarla Donald Trump əleyhdarı yenidən “Krallara yox!” demək üçün bir araya gəldi. Təşkilatçılar ölkənin müxtəlif bölgələrində keçirilən 2 700-dən çox aksiyada 7 milyon nəfərin iştirak etdiyini bildiriblər. Eyni zamanda, qeyri adi kostyumlar da diqqətdən yayınmayıb.
Vaşinqtondakı nümayişçilərdən Conatan Matias etiraza banan kostyumu ilə qatılıb. 45 yaşlı etirazçı “Amerika bir banan respublikası deyil” şüarı daşıyıb.
Vaxt.AZ “The Washington Post” istinadən xəbər verir ki, nümayişçilər arasında toyuq, qurbağa, dinozavr, köpək balığı, panda və xərçəng kimi heyvan kostyumları geyinənlər olub. Onların məqsədi həm yumor, həm də ironiyadan istifadə edərək mesajlarını çatdırmaq olub.
Məlumata görə, protestçilər bu yolla Respublikaçılar tərəfindən özlərinə yapışdırılan “ABŞ əleyhdarı”, “şiddət tərəfdarı” və “terrorçu” kimi etiketlərə qarşı mövqe sərgiləmək imiş.
Kostyumlar həm də nümayişçilərin sülhpərvər imic yaratmasına kömək edir və daha çox insanın gələcək aksiyalara qoşulmasını təşviq edir.
“Operation Inflation” (Şişirmə əməliyyatı) adlı təşəbbüs, nümayişçilərə şişirilə bilən kostyumlar təmin etmək üçün ianələr toplayır. Layihə ilk 10 gündə 10 min nəfərdən ianə aldığını açıqlayıb.
Demokrat Partiyasının strateglarından Mike Nellis bu barədə, “Məqsədimiz sadəcə əylənməkdir. Bütün bu MAGA tərəfdarları deyir ki, “Bu şəhərlərdə qanun yoxdur, təhlükəlidir”. Biz bu addımla onların absurdluğuna cavab veririk”, – deyib.
Ağ Ev Mətbuat katibinin müavini Abiqayl Cekson isə bu vəziyyətə reaksiya verərkən, “Aksiyaçıların özlərini daha da axmaq göstərən yollardan istifadə etməsi təsiredicidir”, – deyib.