
Tramp Ağ Evin bir hissəsini dağıdır
Yeni bal zalı inşa edilir
Yeni bal zalı inşa edilir
Belarusda 52 məhkum əfv edildi
Epşteyn qalmaqalı, siyasətin təsiri, iqtisadi və sosial amillər – sadiq seçicilər belə narazıdır
Sorosun “Mavi Texas” hərəkatı demokratları gücləndirmək məqsədi daşıyır
Bir milyarder Hillari Klintonla qohum olur, digəri isə subaylığa son qoyur
Viktor Orban: “Ölkələrə öz həqiqətlərini sırıyırlar”
“Tesla” CEO-su macar biznesmenin təsirini qırmaq istəyir?
Prezident seçkilərində respublikaçıların təkrar qələbəsinə təhlükə yaradan təbəqə
Çinin ABŞ-a cavabı gecikmədi
Tramp: “İrana artıq heç bir mesajım yoxdur”
Tramp İranla müharibədən danışdı
Tramp bu dəfə 10-luqdan vurdu
Tramp KXDR liderindən “çox isti” mesaj aldığını deyib
“Ölkəmi nüvəsizləşdirməyə hazıram”
Ya onun qarşısında diz çökməli, ya da meydan oxunmalıdır
Donald Tramp məhkəməyə verildi
ABŞ-lı iş adamı Corc Soros (George Soros) və onun təsis etdiyi fondlar, Donald Tramp və ətrafının hədəfindədir.
Vaxt.AZ xəbər verir ki, “Wall Street Journal” (WSJ) “Soros, Tramp administrasiyası ilə mübarizəyə necə hazırlaşır?” başlıqlı məqaləsində bu gərgin mübarizəyə diqqət çəkib.
ABŞ Ədliyyə Nazirliyindən bir əməkdaşın ötən ay bu fondlar üzrə sorğu başlanması göstərişi verməsindən sonra, milyarderin oğul Aleksandr Soros (Alexander Soros) bir dostuna, “Stalinizmçilərin bu vəziyyət üçün uyğun bir sözü var: Siz mənə adamı gətirin, mən ona günah taparam”, – deyib.
“WSJ” qeyd edir ki, Budapeştdə doğulan Corc və onun oğlu Demokrat Partiyasına verdikləri ianələr Ağ Evin reaksiyasına səbəb olub. Donald Tramp onları şiddətli hərəkətləri dəstəkləmək və qanunları pozmaqda günahlandırıb.
Məqalədə qeyd olunur ki, Daxili Gəlirlər Xidmətində (IRS) planlaşdırılan dəyişikliklər sayəsində Açıq Cəmiyyət Fondları (“Open Society Foundations”) kimi QHT-lərin təftiş və təzyiq altında qalması asanlaşa bilər.
ABŞ qəzeti həmçinin, Demokrat Partiyasının aparıcı ianələrin bank hesablarının dondurula biləcəyi iddialarına da yer verib.
Digər tərəfdən, Demokrat Partiyasının çoxsaylı ianə verənlərin 2024 seçkilərindəki uğursuzluq və Trampın hədəfi olma qorxusu səbəbindən passivləşdiyi qeyd olunur. Misal üçün, bu il Trampın siyasi fəaliyyət komitəsinə 117 milyon dollar ianə daxil olsa da, Demokratik Konqres Kampaniya Komitəsinin (DCCC) gəliri 80 milyon dollar olaraq qalıb.
39 yaşlı Aleksandr Soros, atasının işlərinin başına keçərək bu il demokratlara təxminən 1,4 milyard dollar paylamağa hazırlaşır. Aleksandrın nəzarətindəki Açıq Cəmiyyət Fondları, iqlim dəyişikliyindən təsirlənmiş afrikalılardan tutmuş, abort qadağasına qarşı çıxan “Planned Parenthood” kimi təşkilatlara müxtəlif sahələrdə dəstək verir.
“WSJ”, Corc və Aleksandr Sorosun açıqlama vermədiyini, lakin Açıq Cəmiyyət Fondlarının rəhbəri Binayfer Novrojinin “Biz sindirilib səssizliyə məhkum olmayacağıq” sözlərindən sitat gətirib. Aktivistləri dəstəkləmələrinə dair tənqidlər barədə Novroji, “Terrorizmi qınayırıq və maliyyələşdirmirik”, ¬– deyib.
“WSJ”nin mənbəsi, Açıq Cəmiyyət Fondlarının hüquqşünaslarının mümkün IRS sorğusuna qarşı hazırlıq gördüyünü bildirib.
95 yaşlı iş adamı Corc Soros, 1984-cü ildə qurduğu Açıq Cəmiyyət Fondları ilə insan haqları və demokratiyanı dünyaya yaymaq adı altında bir çox ölkədə dövlət çevrilişlərini maliyyələşdirməklə məşhurdur. 1970-ci illərin sonlarından etibarən ianə işlərini davam etdirən fondların 55 il ərzində 32 milyard dollar civarında pul payladığı təxmin edilir.
Fondların çoxsaylı ölkələrdə fəaliyyət göstərməsi, Soros haqqında su-qəsd fərziyyələrini də artırır. Məsələn 2018-ci ildə Corc və Aleks Sorosun Nyu-Yorkdakı evlərinin poçt qutusunda bomba aşkar edilmişdi.
Aleksandr Sorosla bağlı başqa bir maraqlı məlumat ondan ibarətdir ki, milyarder bu yaxınlarda özündən 10 yaş böyük müsəlman Huma Mahmud Abedinlə evlənib. Əslən pakistanlı əsilli ailədə anadan olan, Huma Abedinin uşaqlığı Səudiyyə Ərəbistanında keçib. 1996-cı ildə Hillari Klintonun komandasına qoşulan Huma 2009-2012-ci illərdə (Hillari Klinton Dövlət Departamentinin rəhbəri olarkən) dövlət katibinin müavini vəzifəsində çalışıb. 2015-cı ilə seçkilərində (Donald Trampla rəqib olarkən) Hillari Klintonun seçki qərargahının rəhbərlərindən olub. 2012-ci ildə respublikaçı konqreslər Huma Abedinin “Müsəlman qardaşları” ilə əlaqədə olması barədə iddia irəli sürmüşdülər. Digər bir iddiada Humanın anası, “Journal of Muslim Minority Affairs” baş redaktoru Saleha Mahmud Abedinin qadın hüquqlarına əleyhinə mübarizə apraması irəli sürülüb.