Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
14:24 | 6 avqust 2019 | Çərşənbə axşamı
Məqaləyə 5052 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ-Çin ticarət savaşı bütün dünyaya təsir edir, ən çox təsir göstərdiyi ölkələrdən biri də bizik.
Ticarət savaşı bu iki nəhəng dövlətin iqtisadi inkişaf templərinə mənfi təsir edir (edəcək), bu isə ümumilikdə dünya iqtisadiyyatının geriləməsi ilə nəticələnir və qlobal resessiya riski yaradır. Qlobal iqtisadi inkişafın zəifləməsi avtomatik olaraq xammala tələbatı azaldır, bu da Azərbaycanın əsas ixrac məhsulu olan neftin (və qazın) qiymətinin aşağı düşməsi deməkdir.
Çin bu gün növbəti valyuta manipulyasiyasına əl ataraq dollar qarşısında yuanın dəyərini aşağı salıb. İndi 1 ABŞ dolları 7 yuandan baha satılır. Bu metod Çinin dəfələrlə baş vurduğu və ABŞ-ı çox qıcıqlandıran üsullardan biridir, bu yolla Pekin öz ixracatçılarını stimullaşdırır və ölkədən kapital çıxışını əngəlləyir. Başqa bir qərar budur ki, Çin hökuməti öz şirkətlərinə ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını dayandırmağı tövsiyə edib. Bu qərarlar Trampın Çindən 300 milyard dollarlıq idxal mallarına 10% rüsum tətbiq etməsinə cavabdır. (Daha əvvəl Tramp 250 milyard dollarlıq Çin məhsullarına tətbiq olunan rüsumu 25 faizə yüksəltmiş, Çin də öz növbəsində ABŞ-dan 60 milyard dollarlıq idxalata rüsumları 25 faizə çatdırmışdı).
Proteksionist xarakterli qarşılıqlı qərarlar dünyanın 1 və 2 saylı iqtisadi gücü arasında mübarizənin kəskinləşdiyini göstərir. Neft bu gəlişmələrdən sonra ötən həftənin son iş günündən bu yana təxminən 5 dollar ucuzlaşıb. Mövsümi səbəblərdən ABŞ-da ehtiyatların azalma tendensiyasının davam etməsi (yayda benzin istehlakı artır) hələlik daha böyük ucuzlaşmanın qarşısını alır. Əgər Pekin və Vaşinqton razılığa gələ bilməsələr, neftin qiymətini yalnız geosiyasi gərginliklər, məsələn, Hörmüz boğazında hərbi toqquşma və digər bu tip hadisələr yüksəldə bilər. Ticarət savaşı əsnasında, üstəlik Çində iqtisadi yavaşlama şəraitində neftin bahalaşması ehtimalı çox aşağıdır. (Bəlkə OPEC+ ölkələri hasilatı daha çox azaldar, ya da proqnozlaşdırılmayan başqa fors-majorlar baş verər, onu deyə bilmərəm.) Bu ilin 2-ci rübündə Çində ÜDM-in artımı 6,2 faiz təşkil edib ki, bu, 1992-ci ildən bəri ən aşağı rəqəmdir. 2018-ci ilin yekunlarına əsasən Çində ÜDM-in artım tempi 6,6 faiz olmuşdu, bu da 1990-cı ildən bəri ən aşağı səviyyədir. Bunlar neft bazarı üçün yaxşı xəbərlər deyil.
Hiyləgər çinlilər ABŞ kənd təsərrüfatı sektorunu hədəf almaqla bu ölkədəki seçki ərəfəsində Trampı zəif yerindən vurmağa çalışır. Fermerlər Trampın əsas elektoral bazasıdır və onların hökumətdən narazı qalması respublikaçıların prezident seçkilərində təkrar qələbəsinə təhlükə yaradır. (Buna yol verməmək üçün Tramp fermerlərə milyardlarla dollar subsidiya ayırır.) Çin 2020-ci ildə demokratların qələbəsində maraqlıdır, çünki qloballaşma və açıq sərhədlərin tərəfdarı olan liberallarla anlaşmaq daha asan olur. Amma ABŞ-da Çinə münasibət mənfiyə doğru dəyişir və demokratların iqtidara gəlməsi hələ Pekinin ciddi güzəştlər alacağının təminatı deyil. (Demokratların hansı qanadının nümayəndəsinin prezidentliyə namizəd seçiləcəyi də önəmlidir.) Hətta ticarət sahəsində anlaşma əldə olunsa belə, texnoloji liderlik uğrunda qızışmış mübarizə və Hind-Sakit okean regionunda sərt rəqabət davam edəcək.